ONN media xəbər verir ki, noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecdə dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş “Mənim tanrım gözəllikdir, sevgidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə kollecin kollektivi ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları, 82 nömrəli orta məktəbin müəllimləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları kollecin foyesində H.Cavidə həsr olunmuş filmi izləyib, sərgi ilə tanış olublar.
Tədbirdə kollecin məktəbəqədər təlim və tərbiyə şöbəsinin müdiri Təhminə Əsgərova Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 24 oktyabr tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Sərəncama əsasən ölkəmizdə silsilə tədbirlərin təşkil olunduğu vurğulanıb.
Sonra Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimi Nərgiz Fətiyevanın “Poeziyada əbədiləşən ömür” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, H.Cavid Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan və çoxəsrli şeirin ən yaxşı ənənələrini inkişaf etdirən, zənginləşdirən dahi söz ustadlarımızdandır.
Kollecin tələbələri “Mənim tanrım gözəllikdir, sevgidir” adlı ədəbi-bədii kompozisiya göstəriblər.
Hüseyn Cavid 135



“Solğun çiçəklər” əsərinin premyerası olub
24 oktyabr Hüseyn Cavidin doğulduğu gündür
Bu gün Hüseyn Cavidin doğum günüdür
Hüseyn Cavidin yaradıcılığından yazılan məqalələr kitab halında
Əcnəbi rəsmilər Hüseyn Cavidə görə toplaşacaq
Heydər Əliyev Cavidi qaytarmaqla... – Sona Vəliyeva
Naxçıvan MR-nın 100 illiyi ilə bağlı tədbir keçirildi
22 oktyabr Ərtoğrul Cavidin doğulduğu gündür
Bu gün Ərtoğrul Cavidin doğum günüdür
24 oktyabr Hüseyn Cavidin doğum günüdür
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək
Hüseyn Cavidin şeirlər kitabı Qazax dilinə tərcümə olunub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 