İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklər tətbiqinə başlanılıb.
ONN media xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-dən bildirilib ki, yeni tənzimləməyə əsasən, Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.
"Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nağdsiz qaydada ("Azparking", post terminal və s.) mümkündür", - məlumatda bildirilib.
Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyadayönümlü məkan yaratmağa xidmət edir.
"Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik", - məlumatda qeyd edilib



İçərişəhərə giriş məhdudlaşdırılacaq
İçərişəhərdə koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür
Memar: Quraşdırılan hər hansı konstruksiyalar Qala divarlarından hündür olmamalıdır
Latviya prezidenti İçəri Şəhərdə olub
“İçərişəhər”in strukturu dəyişdi
Baş nazirdən Şuşa ilə bağlı VACİB QƏRAR
Əli Əsədov qərar imzaladı
Bu gecədən bəzi yollar bağlanır
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - 5 günə veriləcək
Sabah bu yollar bağlı olacaq
İçərişəhərdə reklam yerləşdirilməsi qaydası müəyyənləşdi
DİQQƏT- Bu küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 