Milli aviadaşıyıcı - Azərbaycan Hava Yolları QSC (AZAL) Qurban bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
ONN media bu barədə AZAL-a istinadən xəbər verir.
7–15 iyun tarixləri arasında bu istiqamətdə ümumilikdə 121 reys həyata keçiriləcək. Reyslərin ən çox həyata keçiriləcəyi gün 9 iyun tarixidir — həmin gün 20 reysin icrası nəzərdə tutulur. Bu tarixdə pik sərnişin axını gözlənilir, çünki bayram günlərindən sonra vətəndaşların Bakıya geri dönüşü məhz həmin günə təsadüf edir.
Digər tarixlər üzrə reyslərin sayı belədir: 7 iyun tarixində 15 reys, 8 iyunda 14 reys, 10 iyunda 13 reys, 11 iyunda 14 reys, 12 və 13 iyun tarixlərində hər birində 12 reys, 14 iyunda 10 reys və 15 iyun tarixində 11 reys yerinə yetiriləcək.
Bu göstərici adi günlərdə Naxçıvan istiqamətdə orta hesabla yerinə yetirilən 8–9 reyslə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.
Əlavə reyslər Qurban bayramı günlərində sərnişinlərin yaxınlarını ziyarət edə bilmələri üçün təşkil olunub. AZAL bu məqsədlə bütün zəruri tədbirləri həyata keçirir.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.



Bakı-Naxçıvan aviareyslərinin sayı artırıldı
AZAL reyslərlə bağlı məlumat yaydı
Moskvada reyslər təxirə salındı - SƏBƏB?
Gəncəyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
Aeroportlarda gərginlik: 20-dən çox reys gecikib
Onlarla uçuş təxirə salındı - SƏBƏB?
Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı
Moskvada 40-dan çox reys ləğv edildi
Moskva aeroportlarında 30-dan çox reys TƏXİRƏ SALINDI
20-dən çox reys təxirə salındı
Naxçıvan aeroportunda nə baş verir?
Moskvada aviareyslər təxirə salındı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 