Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını əhəmiyyətli dərəcədə artıraraq gündə 10 dəfəyə çatdırıb.
ONN media xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, aviaşirkət ehtiyac olduqda sərnişinlərin tələbini ödəmək üçün əlavə uçuşlar həyata keçirməyə hazırdır. Uçuşların tezliyinin artırılması sərnişinlərə Azərbaycanın iki şəhəri arasında səfərlərinin planlaşdırılmasında daha çox çeviklik təmin edəcək.
Bundan əlavə, aviaşirkət Bakıdan Naxçıvana və ya əks istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir.
Bu, onlara ən əlverişli uçuş vaxtını seçmək imkanı verəcək və mümkün narahatlıqların qarşısını almağa kömək edəcəkdir.Bu ilin əvvəlindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 300 mindən çox sərnişin daşınıb. Sərnişin axınının pik həddi bu ilin iyun və iyul aylarına təsadüf edir.
Belə ki, yayın iki ayı ərzində 1 000-dən çox reys yerinə yetirilib və 144 mindən çox sərnişin daşınıb. Bu marşrut üzrə gündə orta hesabla 2700-ə yaxın sərnişinə xidmət göstərilib. Bu iki ay ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən çox reys iyunun 26-da (14 reys) və iyulun 6-da (13 reys) həyata keçirilib.



Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıdan Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL Bakı-Naxçıvan reyslərinin sayını artırıb
AZAL bu istiqamətdə bütün gedişləri ləğv etdi
AZAL bu istiqamət üçün bilet alanlara müraciət etdi
Naxçıvana getmək və qayıtmaq istəyənlərin NƏZƏRİNƏ
AZAL İsrailə uçuşları dayandırdı - Rəsmi
Təxirə salınmış uçuşlar bərpa olundu
AZAL sərnişinlərə müraciət etdi
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
Bakı-Naxçıvan-Bakı reysi üzrə uçuşlar dayandırıldı
Naxçıvana aviabiletlərin alınması proseduru asanlaşır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 