Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarşı mübarizə aparılır.
ONN media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı taksi operatoru kimi qeydiyyata alınaraq fəaliyyət göstərən “Ridetech” MMC-nin (əvvəlki adı ilə “Uber Azərbaycan” MMC) direktoru Müşfiq Həsənov tərəfindən bu sahədə mövcud olan müvafiq qanun və tələblərin pozulması nəticəsində Cəmiyyətə məxsus informasiya sisteminə müvafiq şəhadətnaməsi olmayan sürücülər barədə həqiqəti əks etdirməyən məlumatların daxil edilməsinə, həmin şəxslərin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması müəyyən edilib.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci (Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Bundan başqa, MMC-nin direktoru Müşfiq Həsənov həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 5000 manat məbləğində inzibati cərimə edilib



Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur
Taksi sürücülərinə qarşı reyd keçirildi
Taksi sürücülərinin NƏZƏRİNƏ
65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb
AYNA-dan taksi sifarişi operatorlarına ciddi xəbərdarlıq
Bakının bu ərazisində taksi duracaqları yaradıldı
Qanunsuz fəaliyyət göstərən taksi sürücüləri saxlanıldı
Əli Əsədov taksi sürücüləri ilə bağlı qərar imzaladı
“Uber” və “Bolt”un xanımlara sataşan sürücüləri saxlanıldı
Bu taksi sürücülərinin hansı üstünlükləri olacaq?
Taksi sürücülərinin NƏZƏRİNƏ- Mütləq oxuyun
“Uber” və “Bolt”un daha 11 sürücüsü narkokuryerlik etdikləri üçün saxlanılıb
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 