İyulun 28-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Amin Musayev 2020-ci ildə Vətən müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib.
ONN media xəbər verir ki, o, noyabrın 8-də Şuşa və Xankəndi şəhərləri arasındakı ərazidə yaralandığını, noyabrın 11-də əsir götürüldüyünü deyib. Əsir götürülən vaxt ona qarşı nalayiq ifadələr işlədilib. A.Musayev onlara cavab verən zaman avtomatın qundağı ilə alın hissəsindən vurulub. O, avtomobilə mindirilib. Maşında döyülməsi nəticəsində huşunu itirib. Sonradan İrəvana aparıldığını öyrənib.
"Ayağımdan yaralanmışdım. Əsirlik zamanı gəlib ayağımı təmizləyəndə bilərəkdən biz vasitəsilə ağrını artırır, bununla da işgəncə verirdilər. Halbuki oraya tibbi şlanq - drenaj qoyulmalı idi ki, çirk axsın. Onu etmirdilər. Çirk ayağımın içində qala-qala zorla, ağrılı şəkildə bizlə təmizləyirdilər. Səsim çıxdıqca daha çox zorakılıq göstərirdilər. Hətta boynuma qədər üzərimə isti su tökürdülər".
O, həmin il dekabrın 14-də Azərbaycana təhvil verilib. Əsirlikdən qayıtdıqdan sonra dörd dəfə əməliyyat olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir



Amin Musayev əsir düşməsindən danışdı
Amin Musayev Bakıya nə vaxt gətiriləcək?
Azərbaycanlı əsirə şaxtalı havada işgəncələr verdi - MƏHKƏMƏ
Qızıl Xaç Komitəsi azərbaycanlı hərbi əsirlərə BAŞ ÇƏKİB
SON DƏQİQƏ: Amin Musayev də əsirlikdən AZAD EDİLDİ - FOTO
Amin Musayev əsirlikdən azad edilib?
Papikyan Bakıdan İrəvana gedən Muradovdan xahiş etdi
Nərminin qətli: Daha bir ziddiyyətli ifadə...
Amin Musayevlə bağlı YENİ XƏBƏR
Səbinə Əliyeva ABŞ səfiri ilə görüşdü
Azərbaycanlılara işgəncə verən ermıni həbs edildi
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 