Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ-ın) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl D. Litzenbergeri qəbul edib. ONN media xəbər verir ki, görüşdə insan hüquqlarının müdafiəsi sahəsində birgə əməkdaşlıq istiqamətləri müzakirə edilib. Görüş zamanı Ombudsman 2020-ci il 27 sentyabrda başlanmış və 10 noyabr tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatmış müharibə zamanı Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış məntəqələrində həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə danışıb. Ombudsman qeyd edib ki, həmin dövr ərzində faktaraşdırıcı missiyalar zamanı əldə olunmuş faktlar və sübutlar əsasında 7 hesabat, habelə Ermənitan tərəfindən Azərbaycanın əsir və girovlarına qarşı işgəncə və pis rəftarla bağlı hesabat hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara, səfirliklərə, o cümlədən ABŞ səfirliyinə göndərilib. S.Əliyeva Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlı hərbi qulluqçular və mülki şəxslərlə təkbətək görüşdüyünü, onların problemləri ilə maraqlandığını bildirib. Eyni zamanda, S. Əliyeva əsir düşmüş erməni hərbi qulluqçularına baş çəkdiyini, onların hüquqlarının təminini diqqətdə saxladığını, onlara erməni dilində çap edilmiş Avropa İnsan Hüquqları Konvensiyasını təqdim etdiyini nəzərə çatdırıb. Ombudsman Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə məcburi köçkünlərin pozulmuş hüquqlarının nəhayət bərpa edildiyini qeyd edib. Bununla yanaşı, Ombudsman Ermənistan tərəfindən işğal müddətində Azərbaycan ərazilərində kütləvi şəkildə minalar yerləşdirilməsi faktına diqqəti yönəldib. O, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. Görüş zamanı hüquqi maarifləndirmə sahəsində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. Səfir Ombudsmana səmimi qəbula görə təşəkkürünü bildirib.
Səbinə Əliyeva ABŞ səfiri ilə görüşdü



Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü
Səbinə Əliyevaya yeni vəzifə verildi
Siyavuş Novruzovun xanımı ombudsman seçildi
Ermənistanın cinayətləri ilə bağlı monitorinqlər aparılır
Azərbaycanda saxlanılan ermənilərin son durumu
Ombudsman Gəncə terroru ilə bağlı bəyanat yaydı
Türkiyənin bu qurumu Qarabağda faktaraşdırıcı missiya həyata keçirəcək
Səbinə Əliyeva TBMM-in sədri ilə görüşdü
Ombudsman atəşə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir
Ermənilər ombudsmanın olduğu ərazini atəşə tutdu
Ombudsman dünya birliyinə müraciət etdi
İtkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 