Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
ONN media müraciətin mətnini təqdim edir:
“Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.
Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.
Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır.
Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır. Təhlükəsizliyinizi düşünün, özünüzü və digərlərini qoruyun



DİN bu şəxslərə müraciət etdi
DYP-dən isti hava ilə bağlı sürücülərə müraciət
Yol polisi bununla bağlı sürücülərə çağırış etdi
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
Maşının arxa şüşəsinə foto və şüar vuranlara XƏBƏRDARLIQ
BDYPİ sürücülərə müraciət etdi
DYP bu sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
Yol polisindən sürücülərə MÜRACİƏT
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Pensiya alanlara şad xəbər
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Xankəndiyə növbəti köç karvanı yola salındı 