Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
İdarədən daxil olan müraciətdə bildirilir ki, bəzi nəqliyyat vasitələrində odsöndürən olmaması problem yaradır: "Müşahidələrimiz göstərir ki, bəzən fərdi minik avtomobillərinin, xüsusilə ümümi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən və yaxud yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır və həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur ki, bu da ağır fəsadlarla nəticələnir.
Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı odsöndürənin olması tələb edilsə də, bəzi şəxslər buna laqeyd yanaşaraq yalnız avtomobillərini texniki baxışdan keçirməkdən ötrü odsöndürəni haradansa əldə edib, sonra isə geri qaytarırlar. Buna görə də lazım olan məqamda nəqliyyat vasitəsində odsöndürən olmur.
Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobillərinin texniki sazlığına mütəmadi nəzarət etsinlər, eləcə də baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün nəqliyyat vasitələrində odsöndürənin olmasını mütləq təmin etsinlər".



Sürücülər yol polisini BELƏ ALDATMAĞA çalışır - Xəbərdarlıq edildi - VİDEO
DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Yol polisi avtomobili nasaz olan sürücülərə müraciət edib
Sürücülərin DİQQƏTİNƏ! Maşınlardakı dərman qutusu və odsöndürənlə bağlı YENİ XƏBƏR
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı
DYP-dən sürücülərə müraciət
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - 2 ay vaxt qalıb
DYP -dən sürücülərə MÜRACİƏT
Bunu etməsəniz, cərimə olunacaqsınız — Sürücülərə XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 