Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.
ONN media xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.
Xankəndi şəhərində, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.
FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladır
FHN vətəndaşlara müraciət etdi



FHN-in strukturları 5 rayonda fəaliyyətə başladı
Qarabağa getmək istəyənlərin DİQQƏTİNƏ!
Bu yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı
FHN yenidən əhaliyə müraciət etdi
FHN-dən əhaliyə MÜRACİƏT
Qarabağdakı yanğınlarla bağlı əhaliyə müraciət
FHN əhaliyə müraciət etdi
FHN işğaldan azad olunmuş bu ərazilərdə fəaliyyətə başladı
DGK işğaldan azad olunmuş ərazilərdə
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN
FHN-dən əhaliyə MÜRACİƏT
Azərbaycanda güclü meşə yanğını başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 