ONN İnformasiya Agentliyi

Azərbaycanda güclü meşə yanğını başlayıb

Azərbaycanda güclü meşə yanğını başlayıb
7-08-2025, 18:16
Yanğın baş verən ərazilərə əlavə kömək cəlb edilib.
ONN media Teleqraf-a istinadla xəbər verir ki, yanğın baş verən əraziyə FHN-nin Ağdərə, Naftalan və Tərtər rayon yanğınsöndürən briqadasının texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğın geniş ərazilərə yayılmaqda davam edir.
***
xxx
21.36

Ağdərədə meşə massivində başlayan yanğın geniş ərazilərə yayılır.

ONN media Teleqraf-a istinadla xəbər verir ki, yanğın rayonun Suqovuşan qəsəbəsi ərazisindəki meşə massivindən çıxıb.
Hazırda yanğın daha da genişlənmək üzrədir.
Təbii fəlakət zamanı ərazidə 2 mina partlayışı qeydə alınıb.
Hazırda yanğın baş verən ərazilərdə mina çox olduğundan, FHN-nin yanğınsöndürən əməkdaşları yanğın baş verən bölgəyə daxil olmağa çətinlik çəkirlər.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png