TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavini təyin olunub.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Oktay Əmənullayev, Astara Rayon Mərkəzi Xəstəxanasına Bahadır Əhmədov, Göyçay Rayon Mərkəzi Xəstəxanasına Zahir Əliyev rəhbərlik edəcək.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru O.Əmənullayev ixtisasca terapevtdir, yeni təyinatınadək Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru B.Əhmədov ixtisasca pediatrdır və yeni təyinatına qədər TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Səfərbərlik məsələləri üzrə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində fəaliyyət göstərib.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Z.Əliyev ixtisasca pediatrdır, yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb.
Eyni zamanda Talıb Məmmədov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub. İxtisasca cərrah olan T.Məmmədov yeni təyinatına qədər Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.



Vüqar Qurbanov 3 direktor təyin etdi
DTX-nin həbs etdiyi baş həkimin yerinə - Təyinat
Bu xəstəxanaya yeni təyinat olub
Nazir baş direktoru işdən çıxardı
Əsədovdan qan bankları ilə bağlı - Qərar
Bu xəstəxanaya yeni baş həkim təyin edildi
Aygün Nağıyeva vəzifəsindən azad olunub?
Eşqin Əliyev baş həkim təyin edildi
Azərbaycanda koronaviruslu xəstələr üçün ayrılan xəstəxanalar - SİYAHI
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 29 nəfər qəbul edildi
Koronavirusla mübarizəyə 15 min tibb işçisi cəlb olunub — RƏSMİ
Azərbaycanda pandemiya xəstəxanaları fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 