DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən velosiped idarə edənlərə müraciət edib.
İdarədən verilən məlumata görə, müraciətdə deyilir:
"Ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin artması sevindirici haldır. Lakin unudulmamalıdır ki, velosipedçilər də yol hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən edilmiş qaydalara əməl etməyə borcludurlar.
Son vaxtlar müşahidələr göstərir ki, bəzi velosipedçilərin yol hərəkəti qaydalarını pozması nəticəsində xoşagəlməz hadisələr baş verir, bu isə onların xəsarət alması, bəzən isə həyatını itirməsi ilə nəticələnir.
Xatırladırıq ki, velosiped sürərkən əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. İstiqaməti dəyişərkən və ya yolayrıcında dönərkən qəfil manevrlərə yol verilməməli, digər hərəkət iştirakçıları əvvəlcədən əl işarəsi ilə xəbərdar edilməlidir. Bundan başqa, xüsusi velosiped zolaqları olan yerlərdə yalnız həmin zolaqlardan, digər hallarda isə yolun sağ kənarından istifadə olunması vacibdir.
Unutmayın ki, yol hərəkəti qaydalarına riayət etmək – həyatınızı qorumağın ən etibarlı yoludur".



DYP sürücülərə müraciət etdi
Bu şəxslərin DİQQƏTİNƏ- NƏZARƏTDƏSİNİZ
Velosiped həvəskarlarına ŞAD XƏBƏR
DYP skuter sürənlərə müraciət etdi
Bakı polisi bulvarda reyd keçirdi
İki velosipedçimiz İsveçrəyə yollanır
Bakının bu hissələrində velosiped yolları yaradılacaq
Yol polisi piyadalara müraciət etdi
DİN-dən sürücülərə MÜRACİƏT
Bakının mərkəzində veloyürüş keçirildi
Yol polisindən əhaliyə MÜRACİƏT
Dəmir yolu stansiyaları ilə bağlı YENİLİK
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 