Bakıda və digər böyük şəhərlərdə tikintisi davam edən binalardan mənzil almaq bir çoxları üçün qiymət baxımından sərfəli hesab olunur. Çünki bünövrədən satılan evlər hazır binalardakı mənzillərlə müqayisədə daha ucuz olur.
ONN media İTV-yə istinadən xəbər verir ki, rieltor Kənan Hüseynlinin sözlərinə görə, qiymət fərqi təxminən 15-20 faiz təşkil edir:
"Əgər hazır binada 1 kvadratmetr üçün 2 500 manat tələb olunursa, tikintisi davam edən binalarda bu qiymət 1 900-2 000 manat arasında dəyişir. Hazır binalarda kredit şərtləri əsasən 3 ilə qədərdirsə, tikilməkdə olan binalarda daxili kreditlər 10 ilə qədər verilə bilir. Faizlərdə də müəyyən güzəştlər tətbiq olunur. Bu səbəbdən də alıcılar üçün daha sərfəli görünür".
Ekspert bildirir ki, bünövrədən mənzil alan vətəndaş həm də tikintinin gedişini izləyə bilir. Lakin alıcıların əksəriyyəti hazır mənzilə üstünlük verirlər, çünki mənzilə daxil olub baxmaq, təmir işlərini görmək və rahat şəkildə almaq daha cəlbedici görünür.
Əmlak məsələləri üzrə mütəxəssislər isə hesab edirlər ki, bünövrədən mənzil almağın riskləri də var. Belə ki, tikinti şirkətinin işləri sonadək aparıb-aparmayacağı və ya alıcının hansısa problemlə üzləşib-üzləşməyəcəyi öncədən məlum olmur.
Bu səbəbdən mütəxəssislər alıcılara məsləhət görürlər ki, mənzil seçərkən ilk növbədə tikinti şirkətinin etibarlılığını araşdırsınlar, lazım gəldikdə isə hüquqi yardım alsınlar.
Ev almaq istəyənlərin nəzərinə



Mənzil alanlar üçün vacib xəbər: bu tələb qadağan edilir - VİDEO
Bakıda bu binalarda mənzillər BAHALAŞDI
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Yeni tikilən binalarda ən ucuz və ən bahalı mənzillərin QİYMƏTLƏRİ
Bakıda bu mənzillər ucuzlaşır
İstismar müddəti bitmiş binalarda mənzillər niyə bahadır? - AÇIQLAMA
Bu binalardan mənzil ala bilməyəcəksiniz - QADAĞA
Bu aydan mənzillər bahalaşacaq - Ekspert
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Ev almaq istəyənlərə ŞAD XƏBƏR
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 