Son illər Bakıda tikilən yeni çoxmərtəbəli binalarda az sayda mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı var. Yeni inşa edilən binalarda çıxarış problemi ilə bağlı məsələ uzun müddətdir ki, davam edir.
Sakinlər illərdir yeni tikilən binalardan ev alıb yaşasalar da, mənzillərinə tam mülkiyyətləri yoxdur. Yəni evlərinin çıxarışlarını ala bilməyiblər.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev "Xəzər Xəbər"ə deyib ki, paytaxtda dövlət qeydiyyatına alınmayan kifayət qədər ev var. Ekspert çıxarışın verilməməsi, yaxud da gecikdirilməsində əsas məsuliyyətin mənzil-tikinti kooperativlərinin üzərinə düşdüyünü deyib.
Onun sözlərinə görə, hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Bu sənədlər tam olmadıqda belə problemlər yaranır. Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olması vacibdir.
Nofəl Quliyev əlavə edib ki, MTK rəhbərləri mənzil çıxarışı ona görə verməkdə maraqlı deyillər ki, evin alqı-satqısı zamanı vətəndaşlar tikinti şirkəti ilə müqavilə bağlayırlar. Bu da müəyyən gəlirin əldə edilməsi deməkdir.
Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Publik Hüquqi Şəxsin Hüquq departamentinin direktoru Lalə Əkbərova bildirib ki, yeni tikilən binalarda çıxarış probleminə səbəb paytaxtda bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin qanunvericiliyin tələblərinə riayət olunmadan aparılmasıdır.
Onun sözlərinə görə, mənzilə çıxarış almaq üçün bina mütləq qaydada istisimara verilməlidir.
Lalə Əkbərova xatırladıb ki, ötən ilin dekabrın 31-nə qədər ölkə üzrə istisimarına icazə sənədi verilən yaşayış binalarında olan mənzillərə dair 46 min 235 çıxarış verilib. Bunlardan 45 min 146-sı Bakıda, 474-ü Gəncədə, 138-i Sumqayıtda və qalanları digər rayon və şəhərlərdə icra edilib.



Bu binalardan mənzil ala bilməyəcəksiniz - QADAĞA
Evinə çıxarış almaq istəyənlərin NƏZƏRİNƏ
Mənzil alanlar üçün vacib xəbər: bu tələb qadağan edilir - VİDEO
ŞAD XƏBƏR: Bu binalara “kupça” verilməsinə başlanır
Bakıda çoxmərtəbəli binalar zəlzələyə davamlıdır?
Bu ərazilərdə kirayə mənzillər bahalaşıb- SƏBƏB NƏDİR?
Bu binalardan ev alarkən DİQQƏTLİ OLUN
Həyət evində yaşayanların NƏZƏRİNƏ
Bu çıxarışın verilməsi üçün rüsum tutulmayacaq
Bakıda bu ərazidə də binalar söküləcək
Sənədsiz evlərlə bağlı YENİLİK
Evlərə "kupça"nı necə almaq olar?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 