2022-ci ildə mənzillərin satış qiymətində artım olacaq. Çünki bu il tikinti materiallarının qiyməti çox bahalaşdı, hətta bəzilərində qiymət iki dəfəyə qədər qalxdı. Bu isə daşınmaz əmlak bazarına təsirsiz ötüşməyəcək”.
ONN media bildirir ki, bunu Publika.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert hesab edir ki, qiymət artımı daha çox yeni tikiləcək binalarda olacaq: “Hazırda tikinti materiallarının qiyməti artmağa davam edir. Bu isə birbaşa olaraq tikintinin maya dəyərinə təsir edir. Tikintinin maya dəyəri artdığı üçün mənzillərin qiymətində də artım olacaq. Digər bir səbəb tikintiyə yararlı torpaq sahələrinin məhdud sayda olmasıdır. Mövcud torpaq sahələrində isə qiymətlər çox yüksəkdir. Şirkətlər buna gedə bilmirlər, çünki baha qiymətə aldığı torpaq sahəsinin üzərində inşa edəcəyi binadakı mənzilləri minimum 30-40% yüksək qiymətə satmalıdır. Digər tərəfdən, pilot layihələrə salınan istifadəyə yararsız köhnə binaları söküb onların yerində yenilərini inşa etmək də baha başa gəlir. Bu məsələdə digər problemlər də mövcuddur, xüsusilə də əmlak sahibi ilə tikinti şirkətləri arasında narazılıqlar yaranır. Bu isə tezliklə həllini tapmalıdır və vətəndaş tikinti şirkətinə etibar etməlidir. Həmçinin dövlət qurumlarından nümayəndələr prosesdə yaxından iştirak etməlidir”.
Elnur Fərzəliyevin sözlərinə görə, hazırda tikilməkdə olan binalarda da qiymət artımı müşahidə olunur: “Çünki tikinti materiallarının qiyməti hər ötən gün daha da artır. Tikintilərlə bağlı şərtlər də sərtləşdirilib. Düzdür, bu sərtləşdirmələr şəhərsalmanın qorunması üçündür və tikinti əmsallarının azaldılması nəzərdə tutulub. Ancaq hər halda, bu da qiymətlərə öz təsirini göstərir”.
E.Fərzəliyev qeyd edib ki, hazırda bayramla əlaqədar olaraq daşınmaz əmlak bazarında durğunluq yaşanır: “Hər il dekabr ayının 15-dən yanvarın 15-nə qədər daşınmaz əmlak bazarında nisbətən durğunluq olur. Ancaq oktyabr və noyabr aylarında vəziyyət digər dövrə nisbətən daha dinamik olub və alıcı kütləsi çox olub. Bu, çıxarışlı mənzillər üzərindən aparılan statistikadır”.



Bakının bu ərazilərində mənzillər 20% bahalaşacaq
Bu aydan mənzillər bahalaşacaq - Ekspert
Ev almaq istəyənlərə ŞAD XƏBƏR
Yeni dərs ili bağlı kirayə mənzillərin qiyməti bahalaşdı
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu mənzillərin QİYMƏTİ ARTACAQ
Bakıda haradan ucuz qiymətə torpaq alıb ev tikdirmək olar? – QİYMƏTLƏR
Ev almaq istəyənlərə VACİB XƏBƏR
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Bakıda mənzilin və torpağın qiyməti artdı
Bakıda bu mənzillər ucuzlaşır
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 