Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin oktyabrın 6-da Cenevrə şəhərində öz işinə başlamış 76-cı sessiyasında iştirak edir.
ONN media xəbər verir ki, sessiyada çıxış edən Sabir Əhmədov Ermənistanın deportasiya və işğalçılıq siyasəti, bu siyasətin tarixi kökləri və ağır nəticələri qaçqın və məcburi köçkünlərin üzləşdikləri mərhumiyyətlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri 30 ilə yaxın müddətdə yerinə yetirməyib. Buna görə də Azərbaycan 2020-ci ildə 44 gün, 2023-cü ildə isə 1 gün ərzində zəruri hərbi əməliyyatlar apararaq, özünün ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməli olub.
İşğalın ilk illərində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsinin, qida, tibbi yardım, sosial-məişət ehtiyaclarının təmin edilməsinin böyük çətinliklər yaratdığı, amma hökumətimizin öz imkanlarını maksimum dərəcədə səfərbər etdiyi, həmçinin beynəlxalq təşkilatlardan yardım və dəstək aldığı diqqətə çatdırılıb. Ermənistanın işğal etdiyi ərazilərdə infrastruktur obyektlərini tamamilə dağıtdığı, milli-mədəni irsimizi məhv etdiyi, təbii sərvətlərimizi taladığı, iqtisadiyyata ağır zərər vurduğu bildirilib.
Hazırda Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuş məcburi köçkünlərin rahat, təhlükəsiz və ləyaqətlə geri qayıdışı üçün imkanların səfərbər edildiyi deyilib. Köçkünlüyün ilk illərində olduğu kimi, geri qayıdış zamanı da bərpa-quruculuq işləri, əhalinin məşğulluğunun təmin edilməsi və digər işləri Azərbaycan dövləti, əsasən, öz imkanları hesabına həyata keçirir.
Qeyd edilib ki, işğal dövründə Azərbaycan ərazilərini Ermənistanın mina və partlamamış hərbi sursatlarla çirkləndirməsi, əhalinin geri qayıdışına ciddi maneə yaradır. Buna görə də, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi qayıdışın prioritet istiqaməti kimi müəyyənləşdirilib.
Böyük Qayıdışın başlandığı 2022-ci ildən indiyədək işğaldan azad edilmiş 28 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin köçürülməsi həyata keçirilib. Hazırda Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində, ümumilikdə, 50 mindən çox insan yaşayır. İnfrastruktur tamamilə yenidən qurulur. Geri qayıdan əhali müasir tələblərə cavab verən ev və mənzillərlə təmin olunur. Bir ali məktəb, hər bir yaşayış məntəqəsində orta təhsil müəssisəsi, bağça, tibb məntəqəsi, icma mərkəzi yaradılır. İnfrastrukturun bərpası ilə yanaşı əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası, məşğulluq imkanlarının artırılması üçün məqsədyönlü işlərin görülməsinin də həyata keçirilən tədbirlər arasında mühüm yer tutduğu bildirilib.
Vurğulanıb ki, ölkə başçısının sərəncamı ilə 2027-2030-cu illəri əhatə edən Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının hazırlanmasına başlanılıb. Proqramda işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması üçün effektiv tədbirlər öz əksini tapacaq. Azərbaycan məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışının hərtərəfli düşünülmüş yeni, müasir modelini yaradır
Məcburi köçkünlərin DİQQƏTİNƏ



"Qaçqınkom"da yüksək vəzifələrə YENİ TƏYİNATLAR
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA
Bu komitəyə yeni rəhbər təyin olundu
Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
Novruz Məmmədov "Qaçqınkom"la bağlı əmr imzaladı
Məcburi köçkün statusu ləğv edilir?
Azad olunan ərazilərə ilk onlar köçürüləcək - RƏSMİ
"Qaçqınkom" məcburi köçkünləri məhkəməyə verdi
Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
Ümid qəsəbəsinə məcburi köçkünlərin köçürülməsi başlanıb
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 