“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub.
Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Məlumata görə, “iş yerinə dair arayışın alınması” xidməti artıq “mygov” platformasında da istifadəyə verilib.
Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Yeni xidmət vətəndaşlara iş yerlərinə dair arayışı birbaşa “mygov”dan əldə etməyə imkan yaradır. Hazırlanmış sənəd elektron formatda (PDF) yüklənir və təqdimata hazır olur. Arayışı viza, kredit, ipoteka və ya digər rəsmi məqsədlər üçün təqdim edilə bilər.
Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir:
Vətəndaş “mygov” platformasında “Xidmətlər” bölməsində “Məşğulluq” kateqoriyasına daxil olur. “İş yerinə dair arayışın alınması” xidmətini seçir.
Sistem avtomatik olaraq istifadəçinin aktiv əmək müqaviləsini yoxlayır və mövcud müqavilələrdən biri seçilir.
İstifadəçi arayışda görünəcək məlumatları özü müəyyən edir: əməkhaqqının göstərilib-göstərilməməsi, arayışın məqsədi (viza, kredit, ipoteka və s.) və əlaqə nömrəsi.
Əgər arayış müəyyən bir quruma təqdim olunacaqsa, istifadəçi həmin qurumun VÖEN-i və ya adını daxil edə bilər.
Təsdiqdən sonra sistem avtomatik olaraq arayışı yaradır, ona unikal sənəd nömrəsi və QR kod əlavə edir.
Vətəndaş yaradılmış sənədi elektron formatda yükləyə və istənilən quruma təqdim edə bilər. Bundan əlavə, kənar qurumlar və ya şəxslər arayışın doğruluğunu QR kod vasitəsilə, sənəd nömrəsini daxil etməklə, həmçinin “my.gov.az” portalında “Sənəd axtarışı” bölməsi vasitəsilə onlayn şəkildə yoxlaya bilirlər.
Bu xidmətin istifadəyə verilməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Yenilik sayəsində vətəndaşlar gündəlik əməliyyatlarını daha sürətli, şəffaf və rahat şəkildə həyata keçirə biləcəklər.
İş yerinə dair arayışın alınması "mygov”a köçürüldü



Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
COVID-19 sertifikatları “myGov.az”da
Bu qurum "Asan Xidmət" dən alındı
COVID pasportu və birinci doza vaksin sertifikatını elektron əldəetmə QAYDALARI
Qarabağa getmək istəyənlərə şad xəbər
İşsizlər və iş axtaranlar üçün MÜHÜM XƏBƏR - Gələn aydan...
Sürücülük vəsiqələri ilə bağlı yenilik
Ünvanlı sosial yardımla bağlı MÜHÜM YENİLİK
Azərbaycanda əmək kitabçalarına ehtiyac qalmayacaq
Sürücülük etibarnaməsi ilə bağlı MÜHÜM YENİLİK
Azərbaycanda bu nazirliyin səlahiyyəti artırıldı
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası: intensiv yağış, dolu...
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
Leyen bu tarixdə Azərbaycana gəlir
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Dəfnə yarpağı ilə ürək necə müalicə edilir?
Venesuelada ölənlərin sayı 235-ə çatdı
Neft bahalaşdı
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Günün qoroskopu: Saatlarınızı məhsuldar keçirməyə çalışın
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi
"Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu
Sabah Bakıya yağış yağacaq 