ONN media xəbər verir ki, artıq 3-cü ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir. Ənənəyə çevrilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər.
Ulu öndərin anadan olmasının 95 illiyinə həsr olunan tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin rəhbərlərinin qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid növbəti elmi praktiki konfrans keçirilmişdir.
Konfransın əvvəlində tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.
Səbail rayonu 6 saylı orta məktəb-liseyin 7-ci sinif şagirdi Həmidə Sadıxova və 10-cu sinif şagirdi İsmət Əliyevin sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış etmişlər.
Konfransda olunmuşdur ki, əvvəlki illərdə keçirilən konfransların nəticəsi kimi məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilərək artıq “Heydər Əliyev və Azərbaycan tarixi” adlı 2 kitab buraxılmış və onların təqdimatı olmuşdur.
Konfransın işində iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, Ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındaki rolu əvəzolunmazdır.
Bir xöşbəxtlikdir ki, ölkəmizin başında ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev durub. Bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.
20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov bu il rayon məktəblərində keçirilən tarix konfrasları, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan tarixinin müxəlif dövrlərinə həsr olunmuş 400-dən çox şagirdin hazırladıqları monoqrafiyalar komissiya tərəfindən seçilmiş və bu ilin sonunda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti 3-сü kitab çap olunucaqdır.
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="34818" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"]



Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi
Şahmat üzrə açıq rayon birinciliyi keçirilib
"Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub"
Prezidentin tapşırığı ilə Səbailli yeniyetmələr Naxçıvana yola düşdülər
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq
Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir
Qaradağda ulu öndər Heydər Əliyevin anma mərasimi keçirilib
Ulu öndərin doğum günü Yevlaxda qeyd edildi
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
Ceyhun Bayramov Naxçıvana gedib - YENİLƏNİB
«Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” konfransı keçirilib
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 