“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə 12 yanvar tarixindən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayır.
ONN media xəbər verir ki, müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edir.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq.
Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.
Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə almaq olar.
Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın imkanlarının artırılmasına, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək
Azərbaycanda yeni istiamətdə qatarlar fəaliyyətə başlayır



Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilir
Gəncə istiqamətinə əlavə qatar təyin edilir - Səbəb?
Gözlənilən gün gəldi- Artıq...
Bakıdan Gəncəyə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır
Bakı-Gəncə qatarındakı qiymətlər niyə fərqlidir?
Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir
Sərnişinlərə MÜJDƏ - Daha bir rayona sürət qatarı olacaq
Gəncəyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
Sürət qatarlarında qiymətlər endi - YENİ TARİF
Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
Kömür mədəni uçdu- ÖLƏNLƏR VAR
İrana yeni səfir təyin olundu
Bakının mərkəzində yol çökdü
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Neftimizin qiyməti 95 dollara düşüb
Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi
Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq
Xəzər dənizində zəlzələ oldu
Həkimdən günəş yanığı ilə bağlı xəbərdarlıq
Bakıda taksi xidməti kəskin bahalaşdı
Formula 1 üçün nə qədər vəsait ayrılıb?
Sabahın havası açıqlandı
Bərdədə hərbiçimiz faciəvi şəkildə həlak oldu 