Xəbər verdiyimiz kimi, ötən ilin dekabrın 29-da Bakı-Gəncə-Bakı sürət qatarı yola düşüb.
ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes klass (62 yer) və standart (296 yer) olmaqla, 367 oturacaq yeri mövcuddur. 3 kateqoriyaya aid olan yerlərin isə hər birinin ayrıca qiyməti var.
Belə ki, Bakı-Gəncə-Bakı sürət qatarında sonuncu stansiyaya qədər gedən sərnişinlər üçün standart sinifdə qiymət 15, biznesdə 50, birinci klassda isə 100 manatdır.
Hazırda sərnişinləri maraqlandıran məsələ isə müxtəlif kateqoriyalarda göstərilən xidmətlərdə gediş haqqına nələrin daxil edilməsidir.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları ASC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxladıq. O, qeyd edib ki, Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda sərnişinlərin rahatlığını təmin etmək üçün maksimum şərait yaradılıb.
Standart kateqoriyalı vaqonlarda (15 manat) gediş haqqına sendviç, şirə, su;
Biznes vaqonlarda (50 manat) iki növ sendviç, şirə, su;
Birinci klass yerlərdə (100 manat) isə soyuq yemək, kofe, çay, şirə və su daxildir.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşür. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.



Bakı-Gəncə qatarında standart yerlərin qiyməti artırıldı
Bakı-Gəncə sürət qatarında gediş haqqı endirildi
Gözlənilən gün gəldi- Artıq...
Sürət qatarlarında qiymətlər endi - YENİ TARİF
Bakı-Gəncə sürət qatarının Ağstafaya qədər gedəcək?
Bakıdan Gəncəyə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakı-Gəncə sürət qatarı niyə bahadır? – Qurbanov açıqladı
Gəncə sürət qatarına maraq aşağı olub – CƏMİ 309 NƏFƏR
Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır
Bakı-Ağstafa sürət qatarı bu stansiyada da dayanacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 