Bu gündən Azərbaycan Dəmir Yolları QSC (ADY) ilk dəfə Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayıb.
ONN media xəbər verir ki, bu, Gəncə-Mingəçevir-Gəncə marşrutundan sonra ADY-nin 2-ci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.
Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.
Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4,3 manat, Ləki-Qəbələ istiqamətində isə 1,7 manat təşkil edir.



Azərbaycanda yeni istiamətdə qatarlar fəaliyyətə başlayır
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilir
Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır
Gözlənilən gün gəldi- Artıq...
Bakı-Gəncə qatarında standart yerlərin qiyməti artırıldı
Bakıdan Gəncəyə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakı-Gəncə qatarındakı qiymətlər niyə fərqlidir?
Gəncə istiqamətinə əlavə qatar təyin edilir - Səbəb?
Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir
Sürət qatarlarında qiymətlər endi - YENİ TARİF
Bu ərazilərdə “ASAN xidmət” mərkəzləri tikilir
Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı
Sabah yağış yağacaq
Ələtdəki hava limanı nə vaxt istifadəyə veriləcək?
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
"AzParking" cərimə iddialarına cavab verdi
Tıxacların azaldılması üçün iş saatları DƏYİŞDİRİLƏCƏK
Kenan Doğulu, Beren Saat və Kerimcan Durmaz saxlanılıb
Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
Bu gün DÇ-2026 başlayır
Bakının bu rayonunda qaz olmayacaq
ADY bu tarixlərdə qatarların qrafikini DƏYİŞƏCƏK
Ərdoğan Netanyahuya xəbərdarlıq etdi
AZAL Bakı–Maskat reysini açmağı planlaşdırır
Ramil Şeydayevin yeni klubu bəlli oldu
Bakıda 33 dərəcə isti olacaq 