ONN media xəbər verir k, 23–25 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Orxan Əlixanlı layihənin aktuallığını əsaslandıraraq dövlət gənclər siyasətinin prioritet istiqamətləri kontekstində təşəbbüsün əhəmiyyətini vurğulamış, göstərilən institusional dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü ifadə etmişdir. Çıxış zamanı layihənin məqsədləri, vəzifələri və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunmuşdur.
Daha sonra Fondun nümayəndəsi Seyfur Hacımuradov çıxış edərək ölkədə gənclər siyasətinin həyata keçirilməsində Fondun rolundan, gənclərin intellektual və vətəndaş potensialının inkişafına xidmət edən layihələrdən, habelə bu istiqamətdə əldə olunmuş institusional nəticələrdən bəhs etmişdir.
Layihə çərçivəsində üç gün ərzində hər biri 20 nəfər olmaqla ümumilikdə 100-dən artıq iştirakçı üçün seminar və təqdimatlar təşkil olunmuşdur. Proqram çərçivəsində dövlətçilik anlayışının nəzəri əsasları, onun fundamental prinsipləri, Azərbaycan dövlətçilik tarixinin mərhələləri, müasir dövrdə dövlət idarəçiliyinin prioritet istiqamətləri, eləcə də dövlətçilik ideologiyasının formalaşmasında tarixi liderlərin rolu elmi-praktik müstəvidə təhlil edilmişdir.
Müzakirələrdə müasir Azərbaycan dövlətinin formalaşması və möhkəmləndirilməsi prosesində Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri xüsusi olaraq qeyd edilmiş, onun müəyyənləşdirdiyi siyasi-strateji kursun davamlı inkişaf modelinin əsasını təşkil etdiyi vurğulanmışdır. Bununla yanaşı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və praqmatik siyasətin dövlət suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün tam bərpası və beynəlxalq mövqelərin gücləndirilməsi baxımından tarixi əhəmiyyəti diqqətə çatdırılmışdır.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunma tarixi, onun preambula hissəsi, əsas hüquq və vəzifələr sistemi, konstitusion dəyərlərin qorunmasında gənclərin rolu barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış müvafiq sərəncama əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının ideoloji və hüquqi mahiyyəti geniş şəkildə izah edilmişdir.
Diskussiya hissəsində gənclərin dövlətçilik ideologiyası əsasında formalaşdırılmasının strateji zərurət olduğu vurğulanmış, onların ölkədə həyata keçirilən sosial-iqtisadi islahatları və inkişaf prioritetlərini analitik şəkildə dərk etmələrinin vacibliyi qeyd edilmişdir.
Yekunda qeyd edilmişdir ki, bu qəbildən olan maarifləndirici təşəbbüslər gənclərin vətəndaş məsuliyyətinin artırılmasına, milli kimlik şüurunun möhkəmləndirilməsinə və dövlətə bağlılıq dəyərlərinin gücləndirilməsinə mühüm töhfə
verir.
verir.













"Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTOLAR
Fövqəladə Hallar Nazirliyində Gənclər Günü münasibətilə tədbir keçirilmişdir
Gənclər Fonduna üç milyon manat vəsait ayrılıb
“Region gənclərinin şəxsi inkişaf və məşğulluq probleminin həllinə dəstək” layihəsi keçirilib - FOTOLAR
“Tarixi Zəfər mövzusunda intellektual yarışın təşkili” adlı layihəsi Bərdə, Ağdam və Tərtər rayonlarında icraedilib
"Gənc Politoloqlar Mərkəzi"-nin növbəti layihəsi
Heç kəs işsiz qalmayacaq-MÜTLƏQ OXUYUN
"Müharibə və insanlıq əleyhinə törədilən cinayətlər. İkili standartlar və reallıq" adlı jurnalın təqdimat mərasimi keçirilib
İlham Əliyev 4 milyon manat ayırdı
Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib
"Cümhuriyyət üçün rəqs et!” adlı uşaq bağçaları arasında rəqs festivalı keçirilib
İnsan alverinin qurbanı olmayın mövzusunda tədbir
Temperatur 38 dərəcəyə yüksələcək
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu
İran sərhədçiləri minaya düşdü: ölən var
Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir
DÇ-2026: ikinci tura start verilir
Neft Emalı Zavodunda yanğın başladı
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar
Azərbaycan buna görə birinci yerdədir
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək 