ONN media xəbər verir ki, cənab prezident İlham Əliyev 2018-ci ili “Cümhuriyyətimizin 100 illiyi” münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu münasibətlə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 28 may 2018-ci il, saat 17.00-da “Cümhuriyyət üçün rəqs et!” adlı uşaq bağçaları arasında rəqs festivalı təşkil olundu. Festivalda Bakı şəhərində yerləşən “Ahu” uşaq bağçası, “Yağmur” uşaq bağçası, “Gül” uşaq bağçası, “Mauqli” uşaq bağçası, “Dəniz” uşaq bağçası, “İnci” balalar uşaq bağçası iştirak edirdi. Festivalda eyni zamanda qonaq olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, birliyin İcraçı direktoru Məhsəti Hüseynova, idarə heyətinin üzvləri Rəşid Paşalı, Rəşad Nəbiyev, Zaur Əliyev, Birliyin Mədəni-kütləvi tədbirlər departamentinin direktoru Fuad Nəsirli, Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Mübariz Göyüşlü, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, rejissor Məzahir Həşimov, Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Gülgün Gündüz, Hind Rəqsləri Federasiyasının üzvü Afaq Şikarova, gənc rəqqaslar Fəda Nəsirli, Təhminə Quliyeva, gənc istedad Nuray Rəhman iştirak edirdilər. Tədbiri çıxış sözü ilə açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov və “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev günün əhəmiyyəti ilə bağlı çıxış etdikdən sonra iştirakçılara uğurlar arzu etdilər. Tədbirdə eyni zamanda “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Mübariz Göyüşlü, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov müstəqillik yolumuz barədə geniş məruzə etdilər. Festivalda 5 münsiflər heyətinin 5 ballıq qiymətləndirməsi üzrə 1-ci yer “Ahu” uşaq bağçası, 2-ci yer “Yağmur” uşaq bağçası, 3-cü yer “Gül” uşaq bağçası və ”Ən Fəal Bağça”nominasiyası üzrə“Dəniz” bağçası seçildi. Qaliblər və iştirakçılar diplomlarla və “Kids World” uşaq geyim mağazasıın hədiyyələri ilə təltif edildi.
"Cümhuriyyət üçün rəqs et!” adlı uşaq bağçaları arasında rəqs festivalı keçirilib



Bu uşaq bağçalarında ciddi nöqsanlar aşkarlandı
Şuşada bir ilk yaşanacaq
Tovuzda uşaq bağçası bağlandı - NİYƏ?
Prezident körpələr evi-uşaq bağçasının açılış mərasimində
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
DİN: Sabunçuda 310 nömrəli uşaq bağçası ilə bağlı yayılan məlumatlar nəzarətə götürülüb
Mehriban Əliyeva uşaq bağçasının açılışını edib
Uşaq bağçaları ilə bağlı xəbər var
Bağçada kütləvi ZƏHƏRLƏNMƏ
"Dostlar Asimanda görüşür" adlı folklor rəqs festivalı keçirilib
Azərbaycanlı məktəbli beynəlxalq festivalda birinci yeri tutdu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 