Bakıda hava şəraitinin gözlənilmədən sərin keçməsi fonunda respirator xəstəliklərə yoluxma halları artıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda isə xəstəliyin adi qripdən fərqli olduğu və daha ağır simptomlarla müşayiət olunduğu iddia edilir. Xüsusilə güclü əzələ və sümük ağrılarından şikayət edənlərin sayı artmaqdadır. Bu vəziyyət əhali arasında yeni virusun yayılması ilə bağlı narahatlıqları gücləndirib.
ONN media xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Yenisabah.az-a açıqlamasında hazırda ölkədə infeksiyalarla bağlı vəziyyətin stabil olduğunu bildirib.
“Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin son açıqlamalarına görə, ölkədə respirator infeksiyalarla bağlı vəziyyət stabil və nəzarət olunan hesab edilir. Statistik baxımdan müraciətlərdə artım müşahidə olunsa da, bu, mövsümi dalğalanma çərçivəsindədir və epidemioloji həddi aşmayıb. Aprel ayında havaların qəfil soyuması və rütubətin artması bu tip virusların aktivləşməsi üçün təbii mühit yaradır. Bu infeksiyalar sümük-əzələ ağrıları və uzunmüddətli öskürəklə müşayiət oluna bilir. Belə ki, virus bədənə daxil olduqda intoksikasiya (zəhərlənmə) yaradır ki, bu da pasiyentlər tərəfindən "sümük sızlaması" və ya "əzələ qırılması" kimi hiss edilir. Bu, yeni bir virus deyil, sadəcə bu mövsümdə daha aktiv ştamdır. Mövcud hallar daha çox Mövsümi A qripi (hazırda ən çox rast gəlinən patogendir), Rinovirus və Adenovirus (Burun axması və boğaz ağrısı ilə müşayiət olunan "adi soyuqdəymə" halları), RSV Respirator Sinsitial virus kombinasiyası ilə əlaqələndirilir”, - o deyib.
Nazirlik bildirir ki, mövcud vəziyyət epidemioloji risk yaratmır və vətəndaşlara özbaşına müalicədən uzaq durmaq tövsiyə olunur:
“Bu virusların klinik mənzərəsi bir-birinə çox bənzədiyi üçün laborator analiz olmadan onları fərqləndirmək çətindir, lakin müalicə protokolları əsasən oxşardır (simptomatik müalicə). Hazırkı vəziyyət epidemioloji baxımdan təhlükəli hesab edilmir. Səhiyyə Nazirliyi əhaliyə özünümüalicədən çəkinməyi, xüsusilə antibiotiklərin virus xəstəliklərində təsirsiz olduğunu və vəziyyəti ağırlaşdıra biləcəyini xatırladırlar. Eyni zamanda qapalı məkanların tez-tez havalandırılması, şəxsi gigiyena və immuniteti gücləndirən qidalanmanı tövsiyə edir. Simptomlar (xüsusilə yüksək qızdırma və nəfəs darlığı) 3-4 gündən artıq davam edərsə, mütləq ailə həkiminə və ya poliklinikaya müraciət edilməlidir”.



İnfeksionistdən qrip açıqlaması: Bu yerlərdə maska taxın
Valideynlərin DİQQƏTİNƏ-Yeni infeksiya yayılıb
Azərbaycanda COVİD-19-un yeni ştammı yayılıb?
Azərbaycanda COVID-19-la bağlı vəziyyət necədir? - AÇIQLAMA
Azərbaycanda koronavirusla bağlı son vəziyyət - RƏSMİ
Nazirlikdən ölkədə yayılmış xəstəliklə bağlı XƏBƏRDARLIQ - Fransadan VAKSİN GƏTİRİLDİ
Səhiyyə Nazirliyi: "Havanın temperaturu getdikcə yüksəldiyi üçün..."
Yoluxma artdı, maskadan istifadə edin! - Xəbərdarlıq
Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
Əhaliyə ŞAD XƏBƏR - Bu qadağalar götürülə bilər
Azərbaycanda təhlükəli qrip var?
Nazirlik həyəcan təbili çaldı: Yeni virus...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 