Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən üztanıma ilə ödəniş sistemindən istifadə etmək üçün şərait yaradılıb. Bu sistemdən istifadə etmək üçün qeydiyyatdan keçmək istəyən bəzi vətəndaşlar çətinliklə üzləşiblər.
ONN media xəbər verir ki, bununla bağlı Oxu.az-a müraciət ünvanlayan sakinlərin sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqəsi ilə sistemdə qeydiyyatdan keçmək mümkün deyil.
Onlar bildiriblər ki, "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlanmaq istəyəndə qeydiyyat prosesində yeni nəsil vəsiqələrin seriya nömrəsinə uyğun bölmə yaradılmayıb:
"Şəxsiyyət vəsiqəsiylə qeydiyyatdan keçmək istəyəndə orada ancaq AA və AZE olan seriya nömrəsini seçmək mümkündür. Yeni nəsil vəsiqələr isə AB seriyalıdır. Bu seriya isə siyahıya əlavə olunmayıb. Xidmətdən yararlanmaq üçün biz nə edək?"
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildirilib ki, hazırda sözügedən məsələ ilə bağlı sistemdə iş aparılır:
"Yaxın günlərdə AB seriyası da siyahıya əlavə ediləcək".



Yeni nəsil şəxsiyyət vəsiqələrində “Elektron imza” sertifikatları yerləşdirilib
Hərbi xidmətə gedəcək şəxslərin NƏZƏRİNƏ
Yeni şəxsiyyət vəsiqələrinin özəllikləri nədir?
Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi də yeni nəsil şəxsiyyət vəsiqələri verəcək
Qatarlara elektron şəxsiyyət vəsiqəsi ilə minə biləcəyik
İcazələr nə vaxta qədər davam edəcək?
Səfərbərlik xidməti çağırışçılara müraciət etdi: İyunun 25-30-da...
SMS icazə xidməti ilə bağlı ən çox verilən sualların cavabları
Bu həftə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq
Yeni nəsil şəxsiyyət vəsiqələri gəlir
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlərin nəzərinə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 