Speys TV-nin əməkdaşlarının 2026-cı ilin mart və aprel ayları üzrə gecikmiş əmək haqları tam həcmdə ödənilib.
ONN media xəbər verir ki, bu barədə Speys TV-dən məlumat verilib.
Qeyd edilib ki, hazırda şirkətin qeyd olunan dövr üzrə əməkdaşlar qarşısında hər hansı maliyyə öhdəliyi mövcud deyil:
"May ayına aid əmək haqlarının da yaxın günlər ərzində ödənilməsi nəzərdə tutulur. "Sevilən səhər" verilişinin keçmiş aparıcısının səsləndirdiyi fikirlərə (3 aydır maaş ala bilməməsi iddiasına - red.) münasibətdə qeyd etmək istərdik ki, sözügedən layihə 9 mart 2026-cı il tarixindən etibarən efirdə yayımlanmağa başlayıb və verilişlə bağlı hər hansı ödəniş məsələsi kanalın yeni rəhbərliyinin fəaliyyət dövrünə aid deyil.
Eyni zamanda bildiririk ki, verilişin reytinq göstəricilərinin gözlənilən nəticələri verməməsi, eləcə də 2026-2027-ci il televiziya mövsümünə hazırlıq çərçivəsində şirkətin yenilənmiş strateji baxışı və proqram siyasətinə uyğun gəlməməsi nəzərə alınaraq, tərəflər arasında qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib".
Qeyd edək ki, aparıcı Könül Muxtarova 3 aydır maaş ala bilmədiyini səbəb göstərərək, Speys TV-dən ayrılıb.



Bu telekanal bağlanır - Təcili
Könül Muxtarova "Speys"dən getdi - 3 aydır maaş almırmış
Sosial ödəniş alanların NƏZƏRİNƏ
Söyüşə görə aparıcı işdən çıxarıldı
Baki metrosundan maaşla bağlı iddialara cavab
Baş nazir Space TV-də
Tahir İmanov Speys TV-yə rəhbər gətirilir?
Rüfət Axundova efir qadağası tətbiq ediləcək
Kamil Şahverdiyev Speys TV-dən getdi
Speys TV ilə bağlı son vəziyyət nədir?
Əlibəyli xalqı və TV-ni təhqir etdi – Speys TV-dən açıqlama
“Speys”in yayımı 3 saatlıq dayandırılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 