TikTok”da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nailə Nəcəfli yol hərəkəti qaydalarını ciddi şəkildə pozub. O, idarəetmə zamanı qeyri-ciddi davranışı ilə həm özü, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
ONN media Avtosfer.az-a istinadən yazır ki, hadisənin görüntüləri elə onun özü tərəfindən “TikTok”da paylaşılıb.
Kadrlarda görünür ki, N. Nəcəfli 77-YJ-102 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobili ilə paytaxtın mərkəzi küçələrindən biri olan Vaqif prospektində bir əli ilə sükanı saxlayır, digər əli ilə isə oyuncaq köpük tapançası vasitəsilə ətrafdakı sürücülərə “atəş açmaqla” onların diqqətini yayındırır. Bu anlarda nəinki onların diqqəti dağılır, həm də yol təhlükəsizliyi ciddi təhdid altına düşür.
Daha təhlükəlisi isə dönmə manevri etdikdən sonra baş verir. Belə ki, tiktoker digər əlini də sükan arxasından çəkərək avtomobilin pəncərəsini qapatmağa çalışır. Bu davranış nəinki yol hərəkəti qaydalarına, eyni zamanda elementar sürücülük məsuliyyətinə tamamilə ziddir.
Qanunvericiliyə əsasən, avtomobil idarəetməsi zamanı təhlükəli davranışlara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyır. Xüsusilə idarəetmə zamanı hər iki əlin sükan üzərində olmaması və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid edən hallarda cərimə və ya sürücülük hüququndan məhrumetmə tədbirləri tətbiq oluna bilər.
Qeyd edək ki, daha əvvəl də N.Nəcəflinin yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb



DİN-dən sürücülərə MÜRACİƏT
DYP-dan sürücülərə XƏBƏRDARLIQ
DYP sürücülərə müraciət etdi
Azərbaycanda sərxoş traktor sürücüsü hoqqa çıxardı - HƏBS EDİLDİ
Yük maşını ilə "avtoşluq" edən şəxs HƏBS EDİLDİ
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
SON DƏQİQƏ: Qəzaya görə bu yolda SIXLIQ YARANIB
Avtoxuliqanlıq edən Astara sakini HƏBS EDİLDİ
DYP bu sürücülərə müraciət etdi
Sürücü həbs edildi
Avtoxuliqanlıq edən sərxoş sürücü YAXALANDI
Sürücü və piyadalara xəbərdarlıq olunub
İlham Əliyev onları təltif etdi
Prezident sərəncam imzaladı
İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər
Şənbə günü Bakıda 30-31°dərəcə isti olacaq
Prezident onlara müraciət ünvanladı
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama
Azərbaycanda 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert 