Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin məmnuniyyətinin yüksəldilməsi və Bakı–Tiflis–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.
ONN media səhmdar cəmiyyətinə istinadla xəbər verir ki, iyulun 10-dan etibarən Bakı–Tiflis–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60% artaraq 282-yə çatdırılacaq.
Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan "Stadler" vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tiflis–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40,30 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tiflisə minimum gediş haqqı 65,20 manat, Yevlaxdan 53,30 manat, Gəncədən 49,30 manat, Ağstafadan isə 45,30 manatdır. Böyük Kəsikdən Tiflis vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43,40 və 40,30 manat təşkil edir.
Xatırladaq ki, hazırda Bakıdan Tiflisə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 manat, Gəncədən isə 58,20 manatdır.
Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tiflis–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.
"Stadler" tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.
Qeyd edək ki, Bakı–Tiflis–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tiflis, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tiflis–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.
Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.
ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarından faydalanması üçün xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.



Baş dəmiryolçunun şərq-qərb dəhlizi boyunca uzanan biznesi - İLGİNC FAKTLAR
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Prezident “Əl-Ərəbiyyə”yə müsahibə verdi
CAVİD QURBANOV LATVİYADAN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI”! – ADY QSC-yə qarşı ŞOK məhkəmə işi başlayıb
Bakı-Tiflis qatarına biletin qiyməti açıqlandı - Rəsmi
Vağzal və stansiyalarda kassa fəaliyyəti dayandırılır
Rusiyadan Bakıya 20 vaqon gətiriləcək - BU İL...
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Milli energetika sistemimiz yeni inkişaf mərhələsində
Prezident İlham Əliyev "İnterfaks"a müsahibə verdi - TAM MƏTN
Sabah intensiv yağış yağacaq
Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
Bakı nefti bahalaşdı
Azərbaycanlılar bu ölkədən deport olundu
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
Ronaldo dünya çempionatı ilə vidalaşdı - Video
Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
Bəzi rayonlara leysan yağır
Günün qoroskopu: Baş verən hadisələri diqqətlə izləyin
Güclü külək əsəcək – Xəbərdarlıq
Güclü yağış və külək Qaxda bir sıra fəsadlara yol açıb
Müəllim olmaq istəyənlərin nəzərinə!
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?
Prezident bu gəncə yüksək vəzifə verdi
Avtovağzalda avtobus yandı 