Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahələri üzrə normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilə bilər.
ONN media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, balıq məhsulları "Qida təhlükəsizliyi haqqında" qanuna uyğun olaraq qablaşdırılır və etiketlənir. Balıq məhsulları ticarət dövriyyəsinə daxil edilən zaman "Baytarlıq haqqında" qanuna uyğun olaraq baytarlıq sənədləri ilə müşayiət edilir. Balıqçılıq subyektləri tərəfindən balıq ovu və ya akvakultura fəaliyyəti nəticəsində əldə edilən balıq və digər su bioresursları ticarət dövriyyəsinə daxil edilməsi üçün onların mənşəyi, cinsi, növü, partiya miqdarı və partiya çəkisi, orta ölçüləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.
Layihəyə görə, balıq məhsullarının idxal və ixracı "Qida təhlükəsizliyi haqqında" qanunda nəzərdə tutulmuş qaydada (dondurulmuş və soyudulmuş balıq və digər su bioresurslarının ixracına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla) həyata keçirilir. Balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla həyata keçirilir. Ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətləri müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd edilib ki, balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi prosesində şəffaflığın və nəzarətin artırılması məqsədilə məhsulların mənşəyi, növü, həcmi və digər göstəricilər üzrə məlumatların elektron sistemlərdə qeydiyyata alınması və izlənməsi mexanizmi müəyyən olunur ki, bu da həm qida təhlükəsizliyinin təmin edilməsinə, həm də bazar münasibətlərinin tənzimlənməsinə xidmət edir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.



İnsan orqan və toxumalarının transplantasiyası QANUNİLƏŞDİ
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Qurbanlıq heyvanların satışı və kəsimi yerləri - SİYAHI
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Prezident 3 fərman, 1 sərəncam imzaladı
Medianın İnkişafı Agentliyinin NİZAMNAMƏSİ
Prezident fərman imzaladı
Yeni mərkəz yaradılır - FƏRMAN
İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Bu şəxslərə bank kreditləri üzrə dövlət dəstəyi veriləcək - YENİ QƏRAR
Pulsuz bank kartı alanların nəzərinə - Bu şərtləri mütləq oxuyun
Sağlam qaraciyər üçün qəhvə için
Bakıda bu avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Prezidentlərin geniş tərkibdə görüşü oldu
Sahibə Qafarova MM-in son iclasında niyə iştirak etmir?
Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu
Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 81 dolları keçdi
Lisey və gimnaziyalara müraciət müddəti uzadılıb
Nahidə Babaşlı ikinci dəfə ailə quracaq
Prezidentlərin təkbətək görüşü oldu
Mineral su təzyiq xəstələrinə necə təsir edir?
DÇ-2026: yarımfinalda nəhənglər meydana çıxır
Günün qoroskopu: Məsələlərinizi belə həll etməyi yoxlayın
"Qarabağ"da gözlənilməz ayrılıq 