Bank kartı sifariş edərkən yalnız onun pulsuz təqdim olunmasına deyil, müqavilədə qeyd olunan bütün şərtlərə diqqət yetirmək lazımdır.
ONN media xəbər verir ki, bəzi banklar ödənişsiz təqdim etdikləri kartlar üçün illik dövriyyə tələbi müəyyən edirlər. Müştəri il ərzində tələb olunan məbləğdə əməliyyat etmədikdə, kartın illik xidmət haqqı hesabdan tutulur.
Diqqət edilməli digər məqam isə nağdlaşdırma komissiyasıdır. Bəzi kartlarda həm bankın öz bankomatlarından, həm də digər bankların bankomatlarından nağd pul çıxarılmasına görə komissiya tətbiq edilir. Bu komissiyaların məbləği isə bankdan banka dəyişir.
Bundan əlavə, kartdan karta (card-to-card) köçürmələr zamanı da əlavə ödəniş yarana bilər. Həm eyni bankın kartları, həm də müxtəlif bankların kartları arasında edilən köçürmələr üçün komissiya tutulması mümkündür.
Yüksək depozit faizi təklif edən banklarda da bəzi məhdudiyyətlər ola bilər. Məsələn, depozitdən vəsaitin nağdlaşdırılması üçün limit müəyyən edilə və ya əlavə komissiya tətbiq oluna bilər.
Bu səbəbdən bank kartı sifariş etməzdən əvvəl bütün tarif və xidmət şərtlərini diqqətlə oxumaq tövsiyə olunur. Əks halda, "pulsuz" görünən kart sonradan gözlənilməz xərclərə səbəb ola bilər.



İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Bu şəxslərə bank kreditləri üzrə dövlət dəstəyi veriləcək - YENİ QƏRAR
Prezident İlham Əliyev "İnterfaks"a müsahibə verdi - TAM MƏTN
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
İqor Okayev: “Biz yaxın illərdə biznesimizin inkişafı üçün ciddi potensial görürük”
Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir
Prezident “Əl-Ərəbiyyə”yə müsahibə verdi
Prezident İlham Əliyev “BBC News”a müsahibə verib
Nağdsız cəmiyyətə keçid maliyyə sektorunda şəffaflığı təmin edir
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Sağlam qaraciyər üçün qəhvə için
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bakıda bu avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Prezidentlərin geniş tərkibdə görüşü oldu
Sahibə Qafarova MM-in son iclasında niyə iştirak etmir?
Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu
Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 81 dolları keçdi
Lisey və gimnaziyalara müraciət müddəti uzadılıb
Nahidə Babaşlı ikinci dəfə ailə quracaq
Prezidentlərin təkbətək görüşü oldu
Mineral su təzyiq xəstələrinə necə təsir edir?
DÇ-2026: yarımfinalda nəhənglər meydana çıxır
Günün qoroskopu: Məsələlərinizi belə həll etməyi yoxlayın
"Qarabağ"da gözlənilməz ayrılıq 