Qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb.
ABŞ-nin Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 355 mindən çox yetkin şəxsin iştirakı ilə apardığı araşdırmaya əsasən, müntəzəm qəhvə içmək qaraciyər sirrozu, qaraciyər xərçəngi və qaraciyər xəstəliklərindən ölüm riskinin azalması ilə əlaqələndirilir.
Tədqiqatın nəticələrinə görə, gündə 5 və ya daha çox fincan qəhvə içən şəxslərdə qaraciyər sirrozu riski təxminən üçdəbir, qaraciyər xərçəngi riski isə yarıya yaxın azalır. Həmçinin qaraciyər xəstəlikləri ilə əlaqəli ölüm riski 42 faiz daha aşağı olub.
Mütəxəssislər bildiriblər ki, gündə 1-2 fincan qəhvə içənlərdə də müsbət təsirlər müşahidə edilsə də, ən güclü nəticələr gündə 3-4 fincan qəhvə qəbul edənlərdə qeydə alınıb.
Araşdırma zamanı qəhvə içənlərin qan analizlərində sağlam qaraciyər fəaliyyəti ilə əlaqəli zülalların səviyyəsinin daha yüksək, iltihab və çapıqlaşma ilə bağlı göstəricilərin isə daha aşağı olduğu müəyyən edilib. Bundan əlavə, bu şəxslərdə qaraciyərdə yağ və dəmir yığılması da daha az olub.
Tədqiqatçılar Böyük Britaniyanın Biobank bazasında qeydiyyatda olan yüz minlərlə şəxsin sağlamlıq məlumatlarını 13 il ərzində izləyiblər. Müşahidələr göstərib ki, həm kofeinli, həm də kofeinsiz qəhvə oxşar fayda verir. Bu isə qəhvənin tərkibindəki digər təbii birləşmələrin də qoruyucu təsir göstərə biləcəyini ehtimal etməyə əsas verir.
Mütəxəssislər növbəti mərhələdə qəhvənin qaraciyəri qoruyan təsirinə cavabdeh olan konkret maddələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılacağını bildiriblər.



Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Qəhvə haqqında heç yerdə oxumadığınız 12 maraqlı fakt
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Diabet xəstələrinin diqqətinə
Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı — RƏSMİ
SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
Prof. Dr. Aygün Attar yazdı: Öncesi ve Sonrasıyla 31 Mart 1918 Bakü Soykırımı
Prezident “Əl-Ərəbiyyə”yə müsahibə verdi
Gündə 3 fincan qəhvə içmək... - YENİ ARAŞDIRMA
Bu şəxslər maşın sürə bilməz - Qərar
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Pulsuz bank kartı alanların nəzərinə - Bu şərtləri mütləq oxuyun
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bakıda bu avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Prezidentlərin geniş tərkibdə görüşü oldu
Sahibə Qafarova MM-in son iclasında niyə iştirak etmir?
Kirayə mənzil elanındakı ayrı-seçkilik sakinlərin narazılığına səbəb oldu
Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 81 dolları keçdi
Lisey və gimnaziyalara müraciət müddəti uzadılıb
Nahidə Babaşlı ikinci dəfə ailə quracaq
Prezidentlərin təkbətək görüşü oldu
Mineral su təzyiq xəstələrinə necə təsir edir?
DÇ-2026: yarımfinalda nəhənglər meydana çıxır
Günün qoroskopu: Məsələlərinizi belə həll etməyi yoxlayın
"Qarabağ"da gözlənilməz ayrılıq 