DİN Mətbuat Xidmətinin əməkdaşı Xəyalə Məmmədovanın ONN media -ya verdiyi xəbərə əsasən, Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün ayrı-ayrı vətəndaşlardan DİN rəhbərliyinə ünvanlanan çoxsaylı təşəkkür məktubları daxil olur. Son günlər aldığımız məktublardan birini oxucularımızın diqqətinə çatdırırıq: Quba rayon sakini Vüqar Qonaqov məktubunda yazır: “2018-ci il aprelin 26-da saat 18:30 radələrində Qusar şəhərinin çıxacağında şəxsi avtomobilimi idarə edərkən qəfildən gözlərim qaranlıq gətirdi. Avtomobilimi kənara çəkib saxladım. Özümə gəlib gözlərimi açanda evimdə olduğumu gördüm. Sonradan bildim ki, səhhətimin pisləşdiyini ərazidə xidmət aparan polis əməkdaşı görərək avtomobilimə yaxınlaşıb. O, halsız və köməksiz vəziyyətdə olduğumu görərək dərhal mənə ilkin tibbi yardım göstərib xidməti maşını ilə məni evimə çatdırıb, ailə üzvlərim mənə istifadə etdiyim dərmanları veriblər.
Sonradan öyrəndim ki, həyatımı xilas edən Qusar RPŞ-nin İnzibati təcrübə üzrə inspektoru, polis leytenantı Cavanşir Əliyevdir.
Bundan əlavə, Qusar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Tərlan Zeynalov da bir neçə dəfə mənə zəng vuraraq səhhətimlə maraqlanıb, Qusar rayonundakı tibb müəssisələrində dəqiq müayinə olunmağım üçün köməyini təklif edib”.
V.Qonaqov yüksək peşəkarlıq nümayiş etdirərək oğlunu hərbi xidmətə yola salmış ataya vaxtında yardım edərək, daha iki azyaşlı övladı valideynsiz qalmaqdan xilas etdiklərinə görə şəxsən DİN rəhbərliyinə, Tərlan Zeynalov və Cavanşir Əliyevin simasında insanlarla həssas davranan bütün Azərbaycan Polisinə dərin təşəkkürünü bildirir, polisin insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində çevik reaksiya göstərməsindən məmnunluğunu qeyd edir.



Polislərin ayıq-sayıqlığı sayəsində bir ailə ölümdən xilas edildi
Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vurub qaçdı
Bakıda polis şöbəsində QƏTL
Polisdən BÖYÜK FƏDAKARLIQ: dənizdə batan şəxsi xilas edərkən həyatını itirdi
SON DƏQİQƏ: Azərbaycanda polis əməkdaşı xidməti silahla özünü öldürdü - RƏSMİ
Bakıda mağazaların birində müştərinin halı qəflətən pisləşdi
Polis özünü yandırmaq istəyən şəxsi xilas etdi
Azərbaycanda polisdə koronavirus aşkarlandı
Toğanalıda naməlum şəxs tapılıb - Polis yaxınlarını axtarır
DİN işini uğurla davam etdirir
Nazir arvadını öldürən polislə bağlı ƏMR İMZALADI
Yol polisləri sirkə içən uşağı ÖLÜMDƏN QURTARDILAR - VİDEO
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 