DİN-nin mətbuat xidmətindən Xəyalə Məmmədova ONN media-ya bildirib ki, Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün vətəndaşlardan ünvanımıza təşəkkür məktubları daxil olur.
Bu məktubların əsas mövzusunu asayiş keşikçilərinin gərgin fəaliyyəti, lazım olan anda vətəndaşların köməyinə çatmaları, diqqət və qayğı göstərməsi, qanunun tələblərinə uyğun problemlərinin aradan qaldırılması barədədir.
Son günlər aldığımız məktublar arasında biri daha çox diqqətimizi çəkdi. Onu torpaqlarımız uğrunda canlarından belə keçməyə hazır olan oğullar yazmışdılar.
Astara rayonunda yaşayan bir qrup Qarabağ müharibəsi veteranı və əlili Daxili İşlər Nazirliyinə ünvanladıqları müraciətdə bildirirlər ki, bu yaxınlarda sərbəst hərəkət etmək qabiliyyətini itirmiş Artupa kənd sakini, I qrup əlil Abbas İsmayılovun şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün onlar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Bölməsinə müraciət ediblər: “Heç gözləmədiyimiz halda, bölmənin inspektoru, polis baş leytenantı Asif Qəhrəmanov müraciətimizə həssaslıqla yanaşaraq dərhal bizimlə bərabər kəndə gəldi, əlil qardaşımızın sənədlərini hazırladı. Hətta banka gedib lazım olan dövlət rüsumunu da öz vəsaiti hesabına ödədi...
Rayonumuzda polis əməkdaşlarının, xüsusilə Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Bölməsi əməkdaşlarının belə xeyirxah hərəkətləri barədə tez-tez eşidirik. Burada çalışan, xalqa xidmət edən polis əməkdaşlarının müraciətlərə həssaslıqla yanaşması, aztəminatlı, imkansız vətəndaşlara göstərdiyi diqqət və qayğı rayonda həmişə rəğbətlə qarşılanıb”.
Əlbəttə ki, polis öz vəzifəsini yerinə yetirir. Daxili işlər orqanlarının fəaliyyəti, xidməti daim vətəndaşların gözü önündədir. O, həm də öz fəaliyyəti və davranışı ilə nümunə göstərir. Vətəndaşların polisin fəaliyyətinə verdiyi dəyər isə hər birimiz üçün önəmlidir.



Şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş şəxslərə ŞAD XƏBƏR
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik
Obyektlərdə vətəndaşdan kimlik tələb edilə bilər?
Nazir polis mayoruna yüksək vəzifə verdi
Vilayət Eyvazov Lənkərana getdi
Səyyar xidmət vətəndaşlara xidmət etməkdə davam edir
Plastik əməliyyat etdirənlərin NƏZƏRİNƏ
Karantin qaydalarını pozan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Bakıda yeniyetmə bankomatdan 6 min manat oğurladı
Ramil Usubov Şirvan şəhərində sakinlərlə görüşüb
Ramil Usubov Göyçaya gedir
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 