Hikmət Hacıyev: "Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik"
ONN media xəbər verir ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələrək, Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, artıq "Financial Times", "Associated Press", "Agence France Press" kimi media qurumları rəsmi məktubla Azərbaycan XİN-ə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş edib: "Sözügedən beynəlxalq KİV-lərin ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq onların nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfərinə etiraz edilməyib".
"Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər" — H.Hacıyev bildirib.
"Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək", — deyə o, qeyd edib.



Rəsmi Bakı onu qara siyahıdan çıxardı
Azərbaycan Bolqarıstana nota verdi
XİN rusiyalı jurnalistin adını “qara siyahı”dan çıxardı
Telejurnalistin adı siyahıdan çıxarılıb- XİN
Ərəb bloqer Azərbaycan xalqından üzr istədi
Ukraynalı Azərbaycandan üzr istədi
Azərbaycan Kanadaya nota verib
XİN -dən Qarabağa qanunsuz gedən alman jurnalistlə bağlı qərar
Azərbaycan ABŞ-a nota verib
Azərbaycan XİN Paşinyanın bəyanatına cavab verdi
Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov isə Bakıya gəlir- XİN
Vitaliy Milonovun Azərbaycana girişi qadağan olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 