Kanada Azərbaycanın notasına cavab verib.
ONN media xəbər verir ki, bunu "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O xatırladıb ki, ötən ilin sentyabrın 2-də Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş, bununla da XİN tərəfindən adları “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Kanada parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderlə bağlı Azərbaycanın Kanadadakı səfirliyi bu ölkənin Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota ünvanlayıb: "Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olan cavab notasında Kanadanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir daha bəyan edilir. Həmçinin Kanadanın “Dağlıq Qarabağ Respublikası” və ya onu təmsil edən “rəsmiləri” tanımadığı bildirilir və Kanada hökumətinin münaqişənin ATƏT-in Minsk qrupu prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi vurğulanır.
Bu xüsusda, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş Kanada Parlamentinin iki üzvünün Kanada hökuməti adından səfər etmədiyi və Kanada hökumətinin bu plan barəsində öncədən xəbərdar edilmədiyi bildirilir. Notada həmçinin Kanadanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarına girişlə bağlı Azərbaycanın siyasətindən məlumatlı olduğu, bu səbəbdən öz vətəndaşlarını işğal edilmiş ərazilərə səfərlərdən çəkinməyə çağırdığı və Azərbaycan hökumətinin razılığı olmadan bu kimi səfərlərin Azərbaycan Respublikasının qanunlarına əsasən qeyri-qanuni olduğu qeyd olunur".



Azərbaycan Bolqarıstana nota verdi
Bakı bu ölkəyə nota verir - XİN
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü DƏSTƏKLƏDİ
XİN daha bir rəsmi məlumat yaydı
Azərbaycan 96 nəfəri qara siyahıya saldı
Çindən ABŞ və Kanadaya sanksiya
Səudiyyə Ərəbistanından Dağlıq Qarabağ açıqlaması
Ukraynalı Azərbaycandan üzr istədi
Telejurnalistin adı siyahıdan çıxarılıb- XİN
Azərbaycan XİN Paşinyanın bəyanatına cavab verdi
Azərbaycan Rusiyaya NOTA VERDİ
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 