Azərbaycan Turizm Assosiasiyası AZAL-ın Antalyaya uçuşları dayandırması barədə gəzən söz-söhbətlərlə münasibət bildirib.
ONN media xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası (AZTA) son dövrlər “Buta Airways” tərəfindən kurort şəhəri olan Antalyaya uçuşların dayandırılması barədə gəzən söz-söhbətlərlə bağlı yerli turistlərə müraciət edib:
“Heç bir reys ləğv olunmayıb!”
“Buta Airways” uçuş istiqamətlərini tələbə uyğun olaraq seçib və prioritet istiqamətlərdən biri də Alanyada yerləşən Gazipaşa hava limanıdır. Şirkət sentyabr ayından uçuşların başlaması üçün hava limanı ilə danışıqlar aparmağa başlayıb.
Antalya hava limanından fərqli olaraq, Gazipaşada xidmət haqqının xeyli ucuz olması danışıqların səbəbidir.
Lakin danışıqlarda baş verən texniki problemlərə görə, uçuşların müvəqqəti olaraq Antalya hava limanında həyata keçirilməsi qərara alınıb. Buna səbəb də bu istiqamətdə uçuşların davamlılığını təmin etməkdir.
Keçən ilin mart ayında “Buta Airways” şirkətinin 7 iyun tarixindən Alanyaya uçuşlar həyata keçirəcəyi haqqında məlumat yayıldı. Amma bu istiqamətdə uçuşlar əvvəlcədən planlaşdırılmadığı üçün heç bir reys ləğv olunmayıb.
Antalyaya reyslər “Azerbaijan Airlines” (hər gün) və “Turkish Airlines” (həftədə iki dəfə) tərəfindən həyata keçiriləcək. Yüksək tələbi nəzərə alaraq Antalyaya gündəlik çarter reyslər təşkil olunacaq.
Antalya və Alanyadan başqa, birbaşa uçuşlar Bodrum, İzmir, Dalaman kimi kurort şəhərlərinə də təşkil olunacaq.
Beləliklə, azərbaycanlı turistlər üçün ənənəvi olan kurortlardan başqa yeni istiqamətə - Alanyaya da uçuşlar həyata keçiriləcək.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC AZTA-nın idarə heyətinin üzvüdür.



Bakıdan-Antalyaya uçan təyyarə geri qayıdıb- SƏBƏB İSƏ...
AZAL bu istiqamətdə bütün gedişləri ləğv etdi
Bakı-Batumi təyyarəsi geri döndü - SƏBƏB?
Böyük Britaniyada 150-dən çox aviareys təxirə salındı
DİQQƏT: Bakıdan Kiyevə uçuş ləğv edildi
AZAL İsrailə uçuşları dayandırdı - Rəsmi
Ölkədə minlərlə uçuş ləğv olunacaq- SƏBƏB İSƏ...
Türkiyədə daxili uçuşlar bərpa edilir
Bakıdan İstanbula gedən təyyarə təcili eniş etdi
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR
Türkiyə Rusiyaya qoyduğu BU QADAĞANI ləğv edir - Tarix AÇIQLANDI
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 