Böyük Britaniyanın “British Airways” aviaşirkəti cari ilin oktyabr ayının sonuna qədər əlavə uçuşları, qışda isə minlərlə reysi ləğv edəcəyini açıqlayıb.
ONN media xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında deyilir.
“Müştərilərimizin böyük əksəriyyəti planlaşdırıldığı kimi səyahət edəcək və biz payız fasiləsi üçün əsas istiqamətləri saxlayacağımıza baxmayaraq, oktyabrın sonuna qədər növbəti uçuşların ləğvinə getməli olacağıq. Bundan əlavə, biz qış dövründə xidmətlərimizdən istifadə edən müştərilərə bəzi cədvəl dəyişiklikləri, o cümlədən qısamüddətli uçuşların bəzilərinin üst-üstə düşməsi barədə əvvəlcədən xəbərdar edirik”, - bəyanatda qeyd olunur.
Qeyd edək ki, ümumilikdə gələn ilin mart ayının sonuna kimi aviaşirkətin 8%-i və ya 10 minə yaxın reysləri həyata keçirilməyəcək. Avqustun əvvəlində “British Airways” kadr çatışmazlığı səbəbindən Londondakı Hitrou hava limanından qısamüddətli uçuşlar üçün bilet satışını bir həftə müddətinə dayandırmışdı.
Belə tədbirlər daha əvvəl Hitrou rəhbərliyinin hava limanından gündəlik istifadə edə biləcək sərnişinlərin sayına məhdudiyyətlər qoyması səbəbindən həyata keçirilib. Hazırda hava limanı gündə 100 mindən çox insana xidmət göstərir.



Böyük Britaniyada 150-dən çox aviareys təxirə salındı
AZAL bu istiqamətdə bütün gedişləri ləğv etdi
Bakıdan Antalyaya uçuşlar dayandırılıb?
DİQQƏT: Bakıdan Kiyevə uçuş ləğv edildi
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
Türk Hava Yollarının bu reysləri ləğv olundu
“Buta Airways” Bəhreynə birbaşa reys açır
300 reys təxirə salındı - NƏ BAŞ VERİR?
THY İstanbuldan 213 reysi ləğv etdi
İrəvandan Tehrana uçuşlar ləğv olundu- SƏBƏB?
Tehrandan uçuşlar təxirə salınıb
AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalamışdırlar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 