İctimai Televiziyada (İTV) köhnə rəhbərliyin yola salınmasından sonra köklü dəyişikliklər gedir.
ONN media Qaynarinfo-ya istinadla xəbər verir ki, uzun illər AzTV sədri Arif Alışanovun tapşırıqlarından, maddi maraqlarından asılı duruma düşən İTV-də artıq şərtlər dəyişib.
İlk olaraq, Arif Alışanovun İTV-yə uzanan maraqlarının qarşısı alınıb, onun bu kanaldakı "kassiri" Şahin İbrahimovun məşhur seyfi yığışdırılıb.
Yeni rəhbərlik İTV-də rüşvətə son qoyulduğunu, belə bir hərəkətə yol verənlərin hüquq-mühafizə orqanlarına təhvil veriləcəyini, şəffavlığın əsas hədəf olduğunu bildirib.
Bir çox verilişlərin dərhal bağlandığı, köklü kadr dəyişikliklərinə hazırlıq getdiyi də bildirilir.
Yaxın günlərdə AzTV rəhbərliyinin də yola salınacağı və bu dövlət kanalında da islahatlara başlanacağı vurğulanır.
Xatrladaq ki, may ayının 11-də İTV-nin direktoru Cəmil Quliyevkanalın Yayım Şurasına müraciət edərək səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.
Hazırda İTV-nin baş direktoru vəzifəsini müvəqqəti olaraq Balakişi Qasımov icra edir. Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.



Həyat yoldaşı Arif Alışanovla boşandı
AzTV -dən iki nəfər İŞDƏN QOVULDU
Nazir Arif Alışanovun qardaşını işdən çıxartdı
Ermənistan MN köklü islahatlara gedir
AZTV-də yeni təyinat
Məşhur aparıcı AzTV-yə qayıdır?
AzTV-də yeni TƏYİNAT
Arif Alışanovun qardaşının yerinə təyinat
Azərbaycanda yüksək vəzifəli şəxs DÜNYASINI DƏYİŞDİ
AzTV-də QALMAQALLI kadr dəyişikliyi
Azərbaycanda 4 yüksək vəzifəli şəxs istefa verdi
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 