“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdindəki “İdman Azərbaycan” kanalının iki əməkdaşı nöqsanlara görə vəzifələrindən azad edilib. Şahin İbrahimov və Tural Həmidzadə maliyyə pozuntularına yol verdiklərinə görə qurumun sədri vəzifəsini icra edən Rövşən Məmmədovun əmri ilə işdən kənarlaşdırılıblar. Məlumata görə, bir müddət əvvəl İctimai Televiziyadan korrupsiya səbəbi ilə qovulan və yaxın qohumu, AzTV-nin keçmiş rəhbəri Arif Alışanov tərəfindən “İdman-Azərbaycan” telekanalına bərpa olunan Şahin İbrahimov müvəqqəti baş direktor gələnə kimi bütün çəkilişlərə nəzarət edib. Hətta qurumlardan gələn tədbir dəvətləri ilə bağlı faks aparatı da məhz onun otağında olub. A.Alışanovun təkidi ilə Xəbərlər departamentinin baş redaktorunun, prodüserinin görməli olduğu iş - çəkilişlərin müxbirlərə yazılması işi də ona həvalə olunub. Bundan başqa, hazırda son iş yeri olaraq “İdman-Azərbaycan”dan da qovulan Ş. İbrahimov və T.Həmidzadə A.Alışanovun vaxtından birinci müavin olan, adı müxtəlif nöqsanlarda hallanaraq mediada mənfi imici ilə tanınan Elsevər Dünyamalıyevin yaxın adamları kimi tanınıblar. Xatırladaq ki, R.Məmmədovun digər əmri ilə AzTV-nin Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova da vəzifəsindən azad olunaraq qurumun akademiyasına göndərilib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub. Qurumun sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib. Hazırda studiyalar yenidən qurulur, yaradıcı şəxslərə mühüm önəm verilir, canlı verilişlərin, tok-şouların sayı artırılır. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da təsdiqlənib. (report)
AzTV -dən iki nəfər İŞDƏN QOVULDU



AzTV-nin sədri işdən çıxarıldı
AzTV-nin iki ölkədə bürosu bağlanır
Baş nazirdən AzTV ilə bağlı qərar
Məşhur aparıcı AzTV -də
AzTV-də yeni TƏYİNAT
AZTV-nin yeni rəhbəri kimdir? - DOSYE
SON DƏQİQƏ: AzTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu, 1-i öldü
AzTV-nin əməkdaşına PA-da yüksək vəzifə verildi
AzTV-nin mətbuat xidmətinin rəhbəri İŞDƏN AZAD EDİLDİ
AZTV-də yeni təyinat
Azərbaycanda bu kanal adını dəyişdi – Açıqlama
AzTV-nin əməkdaşları işdən çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 