ONN media xəbər verir ki, ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 18 260 nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 916 345 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9%-i şəhər yerlərində, 47,1%-I kənd yerlərində məskunlaşmış, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.
Bu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.



Bu il Azərbaycanda doğulan əkizlərin sayı açıqlandı
Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür
Bakı əhasinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkədə qız uşaqlarının sayı azalıb — RƏSMİ
Azərbaycan əhalisinin sayı 9 943 226 nəfərə çatıb
Azərbaycanda 21 üçəm doğuldu
Аzərbaycan əhalisinin sayı açıqlandı
Bakı əhalisinin sayı nə qədərdir?
Azərbaycanda 11 ayda nə qədər insan dünyasını dəyişib?
Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlandı
Azərbaycanda ölüm səviyyəsi nə qədər azalıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 