Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
ONN media xəbər verir ki, xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər zamanı 56 nəfər əcnəbi aşkar edilib.
Onlardan 13-ü Hindistan, 12-si Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan vətəndaşıdır. Həmin şəxslərdən 38 nəfəri Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib. Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyr-qanuni olaraq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub.
Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameshin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Türkiyəyə göndərilmək adı altında Azərbaycana gətirilməsinin və burada yerləşdirilməsinin təşkil edildiyi müəyyən edilib. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçirilməklə leqallaşacaqlarına vəd verilib və qanunsuz miqranta çevrilmələrinə şərait yaradılıb.
Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb. Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan vətəndaşları və saxlanılan əcnəbilərdən İran vətəndaşlarının ölkəni tərk etmələri təmin edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.



10 gündə 53 əcnəbi saxlanıldı
2 gündə ölkədə 57 əcnəbi saxlanılıb
Azərbaycanda 112 qanunsuz miqrant saxlanılıb
11 nəfər əcnəbi saxlanılıb
Qanunsuz yaşayan 170 əcnəbi saxlanıldı
Azərbaycanda 223 əcnəbi tutuldu
Azərbaycanda daha 143 miqrant saxlanıldı
8 Nepal vətəndaşı saxlanılıb
Azərbaycanda 68 miqrant saxlanılıb
Azərbaycan miqrantlar saxlanılıb
Qanunsuz yaşayan 138 əcnəbi saxlanıldı
DTX və DMX birgə əməliyyat keçirdi: saxlanılanlar var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 