DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 2 nəfər Hindistan, 1 nəfər Pakistan və 3 nəfər Nepal vətəndaşı saxlanılıb.
ONN media-nın APA-ya istinadən verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, Bakı şəhərində Qərbi Kaspi Universitetinin hazırlıq kursunda təhsil alan Hindistan vətəndaşı Verma Dalip Kumar, öz həmvətəni Jagmeet Singh tərəfindən təsis edilmiş “Mops Tour and Travel” MMC vasitəsilə sosial şəbəkələrdən istifadə etməklə əcnəbilərin Azərbaycana gətirilməsi və burada yerləşdirilməsini təşkil edib, onların müvəqqəti yaşama üçün icazə vəsiqələri ilə təmin olunmasına dair vədlər verib.
Nepal vətəndaşları Kuldip Mahara, Mandal Santosh Kumar və Mandal Suraj Kumar həmin şirkətin vasitəsilə Azərbaycandakı əlaqələndiriciləri Verma Dalip Kumarla bağlantı yaradıblar. Verma Dalip Kumar qeyd edilən Nepal vətəndaşlarını dələduzluq yolu ilə aldadaraq onlara Azərbaycanda guya işlə təmin ediləcəklərinə dair vədlər verib, ilkin mərhələdə 2500 ABŞ dolları məbləğində pul vəsaitlərini alaraq mənimsəyib.
Nepal vətəndaşları bu il yanvarın 17-də ölkə ərazisinə daxil olub, Verma Dalip Kumar tərəfindən qarşılanıb, “İçəri Şəhər”də kirayə mənzilə yerləşdiriliblər. Verma Dalip Kumar qeyd olunan əcnəbilərə müvəqqəti yaşama üçün icazə vəsiqələri almaqla Azərbaycanda yaşayışlarını leqallaşdıracağına söz verib və onların vasitəsilə Nepal vətəndaşlarının gələcəkdə Azərbaycana kütləvi şəkildə gətirilməsini təşkil edəcəyini bildirib.
Verma Dalip Kumar Nepal vətəndaşlarına nəzarət olunması, onların yeməklə təmin edilməsi məqsədilə aylıq 200 manat ödəniş müqabilində Rəssamlıq Akademiyasında təhsil alan Pakistan vətəndaşı Ijaz Muhammad ilə razılaşıb. Ijaz Muhammad Nepal vətəndaşları ilə bir evdə yaşayıb, onları olduqları yer üzrə qeydiyyata aldırıb və gündəlik qidalanmalarını təmin edib.
Görülmüş tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Nepal vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Eyni zamanda keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 1 nəfər Nigeriya Federativ Respublikasının vətəndaşı Azeez Olalekan Kareem saxlanılıb, əcnəbinin təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğu məlum olub, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması təmin edilib.



8 Nepal vətəndaşı saxlanılıb
10 gündə 53 əcnəbi saxlanıldı
"Ram və Şam" filminin qəhrəmanı vəfat etdi
Azərbaycanda 56 əcnəbi saxlanılıb
2 gündə ölkədə 57 əcnəbi saxlanılıb
11 nəfər əcnəbi saxlanılıb
Hindistandan Pakistana- " Bunu qəbul et!"
Azərbaycanda 112 qanunsuz miqrant saxlanılıb
Koronavirusun YENİ ƏLAMƏTLƏRİ: Bunlar sizdə varsa, dərhal karantinə girin
Azərbaycanda 223 əcnəbi tutuldu
Son 3 gündə 83 miqrant saxlanılıb
Azərbaycan vətəndaşlarının Gürcüstana girişinə qadağa
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 