ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı bəyannamə imzalayıb.
ONN media Trend-ə istinadla xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.
Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.
Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda regionda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyi bildirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü il yubileyini elan edən qubernator H.MakMaster Cənubi karolinalıları bu təbrikə və ən xoş arzulara qoşularaq bu xüsusi bayramı ölkədə və dünyada yaşayan azərbaycanlılarla birlikdə qeyd etməyə çağırır.



Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan etdi
ABŞ-da diqqət Azərbaycanda
ABŞ-dan Azərbaycanla bağlı daha bir qərar
Ölkəmizin Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günü
ABŞ-dan Azərbaycana jest
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
102 yaşlı müstəqilliyimiz!
Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə “The London Post” qəzetində
28 aprel Azərbaycan Xalq Cümhuriyyətinin süqutu günüdür
Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş konfrans keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 