Böyük Britaniyanın “The London Post” qəzetində Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin “Müsəlman dünyasının ilk Qərb demokratiyası – Azərbaycan Xalq Cümhuriyyəti haqqında 5 fakt” adlı məqaləsi dərc olunub.
ONN media xəbər verir ki, məqalə xarici auditoriyanı Azərbaycan Xalq Cümhuriyyətinin zəngin tarixindən seçilmiş 5 fakt vasitəsilə cəmi 23 ay mövcud olmasına baxmayaraq, dövlət quruculuğu, insan hüquqları və digər sahələrdə apardığı siyasətlə bir çox Qərb ölkələri üçün nümunə rolunu oynamağa qadir olan Cümhuriyyətin fəaliyyəti ilə daha yaxından tanış edir.
Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyası üçün innovativ olan bir sıra yeniliklərə imza atıb. Hətta bir sıra Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verildiyi məqalədə əksini tapıb.
Müəllif qeyd edir ki, Azərbaycan parlamenti milli tolerantlıq və digər aspektlər baxımdan Qərb ölkələri üçün bir model idi. Parlamentin etnik tərkibi də Azərbaycan xalqının Cümhuriyyət ərazisində yaşayan hər bir icmanın və qrupun fikirlərinə yüksək əhəmiyyət verdiyinin göstəricilərindəndir.
Yazıda vurğulanır ki, XX əsrin əvvəlindəki mürəkkəb siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük, tarixi əhəmiyyətə malik olan uğurlara imza atması əsl qəhrəmanlıq nümunəsidir.
Sonda bildirilir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 2017-ci ildə isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.



Şərqdə yaradılan ilk parlament
Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb
Ölkəmizin Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günü
Prezidentdən millət vəkilləri ilə bağlı – Sərəncam
"Turan Araşdırma Mərkəzi" "Azərbaycan Xalq Cumhuriyyəti 100" mövzusunda beynəlxalq elmi praktik konfrans keçirəcək
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
102 yaşlı müstəqilliyimiz!
İlham Əliyev: Azad cəmiyyət Azərbaycan xalqının həyatında mühüm yer tutur
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 