Moskvada taksi xidməti göstərən azərbaycanlı Vasif Abışov Altufyev şosesində bir ailənin 3 üzvünü maşınla vuran sürücünün qaçmasına imkan verməyib.
ONNmedia xəbər verir ki, faicə ötən bazar "Altufyevo" ticarət mərkəzi yaxınlığında baş verib.
29 yaşlı ər və arvad 3 yaşlı oğulları ilə işıqforun piyadalar üçün yanan yaşıl işığından yolu keçən zaman onları yüksək sürətlə hərəkət edən "Skoda Octavia" markalı avtomobil vurub. Nəticədə ailənin bütün üzvləri ağır xəsarətlər alıb, sonradan uşaq dünyasını dəyişib.Şahidlərin sözlərinə görə, hadisəni törədən sürücü ərazidən uzaqlaşaraq qaçmağa cəhd göstərib. Lakin bu ona nəsib olmayıb. Hadisə şahidi olan Vasif Abışov "Hyundai Solaris" markalı maşını ilə onu təqib etməyə başlayıb.
Vasifin sözlərinə görə, o, "Skoda Octavia"nın ardınca bir neçə kilometr yol gedib. Avtomobilin dövlət qeydiyyat nişanı çirkli olduğundan, Vasif maşını gözdən itirəcəyindən ehtiyatlanıb. Nəhayət o, maşının qarşısını alaraq sürücünü dayandıra bilib. Taksi sürücüsü maşının qapısını açdıqda, hadisəni törədən şəxs o qədər sərxoş olub ki, yerə yıxılıb. Daha sonra Vasif onu öz maşınına əyləşdirərək polis çağırıb.
Ekspertiza müəyyən edib ki, faciə baş verən zaman sürücünün qanında 1 promille alkoqol olub. (report)



Kürdəmirdə AĞIR QƏZA: Avtomobil yanaraq külə döndü, bir ailənin 5 üzvü...
Gürcüstanda baş verən yol qəzasında azərbaycanlı ailənin 4 üzvü öldü
Rusiyada bankir və ailəsinin qətlində azərbaycanlı izi
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
Göygöldə dəhşətli qəza- Ölənlərin sayı 6-a çatdı
Qaradağda dəhşətli qəza nəticəsində 1 ailənin 3 üzvü ölüb
Vasif Talıbova AĞIR İTKİ
Bakıda "Maserati" 25 yaşlı qızı vurub ÖLDÜRDÜ
Şamaxıda AĞIR QƏZA - 6 nəfər...
Polis postunda ŞOK OLAY: 10 OO 018 nömrəli maşını ilə "saxla" deyən serjantı vurdu və...
Ermənilər Qarabağda DƏHŞƏT YAŞADI: 2 ölü, 2 yaralı
Bakıda ağır qəza - PİYADA ÖLDÜ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 