Moskvada “Smolensk” bankının top-meneceri Mixail Yaxontov, onun həyat yoldaşı və səkkiz yaşlı oğlunun qətli ilə əlaqədar ağ rəngli “Hyundai Solaris” markalı avtomobilin axtarışına başlanılıb. Avtomobil Mıtişi şəhərində yaşayan 38 yaşlı azərbaycanlıya məxsusdur.
ONN media xəbər verir ki, bu barədə MK-ya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Ehtimal edilir ki, avtomobildən taksi kimi istifadə edilib.
Sözügedən azərbaycanlının polis əməkdaşına hücum etməkdə şübhəli bilindiyi barədə də məlumat var. Ola bilsin ki, avtomobil banka qoyulub və bir neçə dəfə sahibini dəyişib.
Mənbənin sözlərinə görə, avtomobilin hadisə yerindən qaçmasına dair sübutlar var. Bankirin, həyat yoldaşının və oğlunun meyitləri mənzildə dünən günorta saatlarında tapılsa da, cinayət böyük ehtimalla oktyabrın 26-sı gecə törədilib.
Meyitlər mənzildə bankirin qızı tərəfindən tapılıb. Məlumata görə, ata zənglərə cavab verməyib və o, evə baş çəkmək qərarına gəlib. Mənzilə girəndə isə dəhşətli mənzərə ilə üzləşib...
Məlum olub ki, böyüklər bıçaq yaralarından, uşaq isə boyun fəqərələrinin sınmasından ölüb.
Qətlin əsas versiyası Yaxontovun kriminal keçmişi hesab edilir. 2019-cu ildə o, bank oğurluğu ilə bağlı dələduzluqda təqsirli bilinib. Yaxontovun 8 milyard rubldan (193,5 milyon manat) çox borcu olduğu iddia edilir.



Tofiq Yaqublunun saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA: "Öz təqsiri üzündən..."
Qapını açıb ŞOK YAŞADILAR: Ana və uşaqlarının meyiti...
Rusiya azərbaycanlının bu şücaətindən danışır
Azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Almaniyada psixi xəstə iki azərbaycanlıya hücum etdi
Gürcüstanda QAN DAVASI: azərbaycanlı ailə gülləbaran edildi…
Gəncədə AĞIR QƏZA: "VAZ 2106" alışıb yandı
QANDONDURAN HADİSƏ: Ana övladlarını boğub sonra isə...
Rusiyada azərbaycanlı müğənni HƏBS EDİLDİ
Məşhur repçi dünyasını DƏYİŞDİ: Həyat yoldaşı meyitini hissələrə ayırdı
DƏHŞƏTLİ OLAY- Azərbaycanlının güllələnmiş meyidi tapıldı
Dəm qazından boğulan ailənin yaxınları da qəzada həlak oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 