ONN mediaxəbər verir ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Lənkəran rayon ərazisində, “Hirkan milli parkı”na yaxın şəxsi təsərrüfat sahələrində naməlum kəpənəklərin tırtılları aşkar edilib.
Aşkar olunan tırtıllar Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında yoxlamadan keçib və onun “Qırmızı kitab”da qeydiyyatda olan nadir Maxaon kəpənəyinin (popilio machaon L.) tırtılları olduğu məlum olub.
Son dərəcə nadir növ olan Maxaon kəpənəyi (popilio machaon L.) Pulcuqluqanadlılar, yaxud Kəpənəklər – (Lepidoptera Yelkənciklər – Papilinoidae) dəstəsinə aiddir.
Bu kəpənəklər daha çox Rusiyanın Volqoqrad əyalətində yayılıb. Meşə və meşə ətrafı, bataqlıq və çay kənarları, becərilməyən, tərk edilmiş ərazilərdə müşahidə olunur və alaq otları üzərində yaşayıb çoxalırlar.
İl ərzində iki nəsil verir. Birinci nəsil may ayının ortalarından başlayaraq iyun ayının ortalarına qədər, ikinci nəsil isə iyun ayının II yarısından avqust ayının ortalarına qədər davam edir. Quru yamaclarda və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələrdə yaşayan kəpənəklər mayın sonu, iyunun əvvəllərində uçur. Yumurtaqoyma iyunda başlayır, tırtıllar iyulda endemik çətirçiçəklilərə mənsub olan bitkilər üzərində inkişaf edirlər.
Gizli həyat tərzi keçirən kəpənəklər gecələr qidalanır, gündüzlər isə bitkinin uzun silindr şəkilli yarpaqlarının qınlarında gizlənirlər. Əsasən pup halında çimlik ərazilərdə qışlayırlar.
Maxaon kəpənəyi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan Respublikasında “Qırmızı kitab”da qeydiyyatda olduğu üçün, onlara qarşı mübarizə aparmaq qadağandır. Hazırda təbiətdə bu növün 9 ərazidə qorunması tədbirləri aparılır. Bu həşəratlar Cənub-Şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.machaon L.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlarda geniş yayılıblar.
Kəpənəyin tırtılları kök, şüyüd, cəfəri, kələm və digər mədəni bostan tərəvəz bitkiləri ilə qidalanırlar.
Maxaon kəpənəyinin nadir növ olduğunu nəzərə alaraq həyətyanı sahələrdə bu kəpənəyin tırtıllarını müşahidə edən vətəndaşlardan xahiş edirik ki, tırtıllar tərəfindən vurulan ziyanın qarşısını almaq məqsədilə onları əl ilə ehtiyatla yığaraq sahələrdən kənarda təbiətə buraxsınlar.



Lənkəranda Amerika ağ kəpənəyinin ikinci nəslinə qarşı kimyəvi mübarizə aparılıb
Şabranda zərərli orqanizm olan Amerika ağ kəpənəyi aşkar olunub
İpəksarıyana qarşı mübarizə tədbirləri davam edir
Pambıq əkinlərində yeni zərərverici aşkar edilib
Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytardı
İrandan gətirilən 25 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
Quba sakininin həyətdə ayı saxladığı aşkar edildi
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib
Şabrandakı meşə yanğınının səbəbi açıqlandı
Dövlət Xidməti nöqsanlar aşkarladı: Metrodan reaksiya
Quş qripi xəstəliyi ilə bağlı xəbər var
Lənkəran meşələrindəki yanğından NƏ XƏBƏR?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 