Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyin müfəttişləri tərəfindən İrandan fitosanitar sertifikatla ixrac olunan və "Güllü-80" MMC–nin ünvanına göndərilmiş hər biri 24700 kq tutuma malik iki yük avtomobilində olan kartof məshulundan götürülən nümunələrdə gövdə nematodu və kartof güvəsi zərərli orqanizmləri aşkar edilib.
Agentlikdən ONN media -ya verilən məlumata görə, aşkar olunan birinci fakt üzrə zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İrana qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Digər fakt üzrə nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun bir hissəsində isə karantin tətbiq edilən kartof güvəsi kəpənəyi zərərli orqanizmləri olduğu aşkar olunub. Kartof güvəsi aşkar olunan 100 kq məhsul seçilərək məhv edilib.
Qeyd edək ki, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.



Ölkəyə tonlarla zərərli kartof gətirmək istədilər
Bu ölkədən Azərbaycana gətirilən 90 tona yaxın kartof yararsız çıxdı
İrandan gətirilən 64 ton kartof geri qaytarıldı
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
Azərbaycan İrana bildiriş göndərdi
İrandan gətirilən bu məhsul yararsız çıxdı
"Araz Supermarket"in ölkəyə gətirdiyi 500 kq məhsul məhv edildi - SƏBƏB
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Ölkəyə gətirilən 3 ton pomidor toxumu məhv edildi
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus aşkarlandı
İrandan gətirilən xurma yararsız çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 