ONN media xəbər verir ki, Ramazan bayramında AZAL və “Buta Airways” aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq.
Beləliklə, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:
Ekonom-sinif – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;
Biznes sinif – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
Comfort Club – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
VIP Club – tarifə daxil olan hər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus.
AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.
Milli loukoster “Buta Airways”in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:
“Büdcə” tarifi - 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;
“Standart” tarifi – tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus
“Super” tarifi - tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.
“Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.
Baqajın daşınması qaydaları haqqında əlavə məlumatı AZAL https://www.azal.az/az/information/baggage və “Buta Airways” aviaşirkətlərinin https://www.butaairways.az/az/information/baggage saytlarında əldə etmək olar.



AZAL-dan sərnişinlərə GÜZƏŞT - Yalnız bu şəhərlərə gedənlər üçün
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası
Diqqət- Biletləri dəyişdirmək istəyənlərin nəzərinə
Bilet alanlara şad xəbər- Müddət uzadıldı
Naxçıvana gedib-gəlmək istəyənlərə ŞAD XƏBƏR
AZAL müddəti bu tarixədək uzatdı
"Buta Airways" İzmirə xüsusi reyslər həyata keçirəcək
AZAL sərnişindaşımada dəyişiklik etdi - Təyyarənin salonuna yalnız...
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
ŞAD XƏBƏR: Azərbaycanla bu ölkənin sərhədi açıldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 